Modern.az

General Muradov Njdenin büstünün sökülməsinə GÖSTƏRİŞ VERİB

General Muradov Njdenin büstünün sökülməsinə GÖSTƏRİŞ VERİB

Qarabağ

7 May 2021, 15:10

Azərbaycanın Xocavənd şəhərində erməni faşistlərinin lideri Qaregin Njdenin büstünün götürülməsi cəhdi baş tutmayıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Rusiya sülhməramlı qüvvələrinin komandiri Rüstəm Muradovun abidənin sökülməsi ilə bağlı verdiyi göstəriş icra olunmayıb. Yerli sakinlər və Ermənistandan gələn radikal millətçilər büstün götürülməsinə mane olublar. Hadisə zamanı sülhməramlılarla sakinlər arasında gərginlik yaranıb.

 

Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov büstün mayın 9-u Qələbə gününə qədər götürülməsini tələb edir. Abidənin Xocavənddən yığışdırılmasını Rusiya ilə yanaşı, Azərbaycan da tələb edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir