Modern.az

FİFA prezidenti Bakıda danışdı: “Jurnalistika iş deyil...”

FİFA prezidenti Bakıda danışdı: “Jurnalistika iş deyil...”

Təhsil

22 Sentyabr 2012, 13:24

Bu gün Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) Azərbaycanda təşkil etdiyi Gənc Jurnalistlər Proqramının açılış mərasimi keçirilib. Modern.az xəbər verir ki, açılışda gənclər və idman naziri Azad Rəhimov, FİFA-nın prezidenti Yozef Blatter, AİPS-in prezidenti Gianni Melo çıxış edib. Tədbirdə iştirak etmək üçün yerli jurnalistlərlə bərabər, dünyanın bir çox ölkələrindən gənc jurnalistlər tərif buyurub. Açılış mərasimində xarici jurnalistlər FİFA-nın prezidentinə suallar veriblər. Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) təşkil etdiyi bu tədbir bu gündən başlayaraq 13 oktyabra kimi davam edəcək. 

Açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq İdman Mətbuatı Assosiasiyası Gənc Jurnalistlər Proqramının Azərbaycanda keçirilməsinin bizim üçün çox əhəmiyyətli olduğunu deyib:

“Burada iştirak edən dünyanın bir çox gənc jurnalistləri öz ölkələrinə maraqlı məlumatlar aparacaqlar”.

FİFA-nın prezidenti Yozef Blatter bu gün burada olmaqdan çox məmnun olduğunu və qürur duyduğunu deyib.

“Azərbaycanı təbrik edirəm. Azərbaycan bu məsuliyyəti boynuna götürüb. Səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Azərbaycan Olimpiya komandasını 10 medal qazanması münasibətilə təbrik edirəm. Bu çox böyük uğurdur. Dövlət başçısını təbrik edirəm. Əsas məqsəd idmançılara yönəlməlidir. Çalışaq dünyanın gənclərini bir yerə toplayaq. Əsas diqqətim isə jurnalistlərədir. Jurnalistika iş deyil, bir missiyadır. Prezident olaraq deyə bilərəm ki, özümdə gənc repartyor və sonra jurnalist olmuşam. Jurnalistlərin müəyyən səviyyədə tənqidləri ilə üzləşmişəm. İdman  cəmiyyətin bütün sahələrini əhatə edir. İdman jurnalistlərinə onu deyim ki, təkcə yüksək nəticə göstərən idmançılara yönəlməyin”.

AİPS-in prezidenti Gianni Melo keçən il bu barədə Gənclər və İdman naziri Azad Rəhimovla söhbət etdiklərini bildirib. AİPS-in prezidenti bu günki açılış mərasimində bunun bir ildən sonra baş tutduğunu deyib:

“İndi dünya üçün çox çətin bir dövrdür. Biz istərdik ki, sülh mədəniyyətini təşviq edək. Elə ona görə də bu tədbir çox əhəmiyyətlidir. Çünki bu bizim FİFA ilə ilk addımımızdır. Bu gün biz hamımız birgə çalışmalıyıq. Tənqidi elə bir şəkiildə qurmalıyıq ki, yaxşılığa xidmət etsin. İndi jurnalist olmaq daha çətindir. Ona görə ki, yalnız keyfiyyətli reportajlar qazanacaq”.

Anar KƏLBİYEV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?