Arxiv
10 May 2021, 11:20 | AKTUAL
Prezident “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış oldu - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhərində “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış olub.

 

Modern.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirdi ki, inşasına ötən il başlanan Mərkəzin tikintisi sürətlə davam edir.

 

Qeyd edək ki, dövlətimizin başçısının 2012-ci ilin iyulunda imzaladığı Fərmanla Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin yaradılması müstəqillik tariximizdə informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin istifadə olunduğu əsl yenilikdir. “Asan xidmət”in əhəmiyyətini artıran həm də bu brendin ideya mərkəzində Azərbaycan vətəndaşlarının dayanmasıdır.

 

Hazırda ölkədə 20 “ASAN xidmət” Mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakıda, digərləri isə regionlardadır. “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox, “ASAN Kommunal” mərkəzlərində isə 55 növ xidmət göstərilir. İndiyədək “ASAN xidmət” mərkəzlərinə 7 milyondan çox vətəndaşın 43 milyondan artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Neft ucuzlaşdı 18 İyun 2021, 09:20 Bakı küçələrində oğurlanan milyonlar, qanunsuz sərnişindaşımaları, ölüm qəzaları - ARAŞDIRMA 18 İyun 2021, 09:15 Bərdədə kombayn YANDI 18 İyun 2021, 09:08 Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası 18 İyun 2021, 09:03 Manatın xarici valyutalara qarşı məzənnəsi 18 İyun 2021, 09:00 Türkiyə 84 miqrantı xilas etdi 18 İyun 2021, 08:51 Ermənistan ordusu Xankəndidən könüllü çıxmasa… 18 İyun 2021, 08:45 İranda prezident seçkiləri keçirilir 18 İyun 2021, 08:14 Niderland 1/8 finalda 18 İyun 2021, 00:58 İsrail qırıcıları Qəzzanı bombaladı 18 İyun 2021, 00:54 Azərbaycan və Gürcüstan XİN rəhbərləri Antalyada görüşəcək 18 İyun 2021, 00:48 Putin Dumaya seçkilər təyin etdi 18 İyun 2021, 00:34 Teledərslərin bu günə olan CƏDVƏLİ 18 İyun 2021, 00:20 Zaxarova Rusiya jurnalistlərinə münasibəti pislədi 18 İyun 2021, 00:06 Gülüstan sarayı yaxınlığında yanğın - FOTO 17 İyun 2021, 23:52 Moskvada sürətlə yayılan aqressiv koronavirus növü aşkarlandı 17 İyun 2021, 23:37 Türkiyədə daha 62 nəfər virusdan öldü 17 İyun 2021, 23:23 Paytaxtda ər arvadını bıçaqladı 17 İyun 2021, 23:14 BMT baş katibi Bayden-Putin görüşünü alqışladı 17 İyun 2021, 23:03 Bakıda qardaş bacısını bıçaqladı 17 İyun 2021, 22:48 81 yaşlı qadının pulunu oğurlayan şəxs saxlanıldı - FOTO 17 İyun 2021, 22:35 FHN ölkə ərazisindəki yanğınların səbəbini açıqladı 17 İyun 2021, 22:22 Mahir Emreli debüt matçında het-trik etdi 17 İyun 2021, 22:09 Belçika 1/8 finalda 17 İyun 2021, 21:54 Avropa çempionatları tarixində ikinci ən erkən qol vuruldu 17 İyun 2021, 21:36 UEFA-dan Ronaldonun hərəkətinə reaksiya 17 İyun 2021, 21:25 “BakuBus”un avtobusu qəza törədib? - Şirkətdən açıqlama 17 İyun 2021, 21:11 Ukrayna parlamentində dava düşdü 17 İyun 2021, 20:58 Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı - FOTO 17 İyun 2021, 20:40 İstanbulda gəmi qayıqla toqquşdu 17 İyun 2021, 20:23 Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO 17 İyun 2021, 20:09 Ukrayna millisi ilk qələbəsini qazandı 17 İyun 2021, 20:00 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 17 İyun 2021, 19:54 Prokurorluq Sarkoziyə 6 ay həbs istədi 17 İyun 2021, 19:47 Rəşad Nəbiyev Salim Atayla görüşdü 17 İyun 2021, 19:40
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?