Arxiv
11 May 2021, 17:13 | AKTUAL
Avropa Şurası ilə birgə layihəyə başlanıldı

Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) 53-cü görüşü keçirilib.

 

Bu barədə Modern.az-a  Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, toplantıda Azərbaycanın nümayəndəsi və gender bərabərliyi məruzəçisi, AMADA-nın direktoru Şəfəq Hüseynli dünya üzrə antidopinq sahəsində gender bərabərliyi barədə məlumatsızlığın mövcud olduğunu bildirib. O, dopinqlə mübarizənin idarə edilməsində gender balansının xüsusi əhəmiyyətini vurğulayıb. Ş. Hüseynli bildirib ki, hazırda Avropa Şurasının prioritetlərindən biri və BMT-nin dayanıqlı inkişaf məqsədi olan gender bərabərliyinə nail olmaq üçün bu sahədə vacib addımlar atılmalıdır.

 

Azərbaycanın nümayəndəsi Avropa Şurası ölkələrinin və WADA-nın nümayəndə heyətinə antidopinqdə gender bərabərliyin inkişaf etdirilməsi layihəsinə başlayacağını elan edib. Layihənin məqsədi antidopinq təşkilatları və antidopinq üzrə dövlətlərarası qurumlar arasında gender balansı haqqında məlumatın toplanması, təsis sənədələrinin və daxili qaydaların təhlil edilməsi, bununla əlaqədar yekunda tövsiyə xarakterli sənədin hazırlanmasıdır.

 

Bu layihə müsbət qarşılanıb və Azərbaycana xüsusi təşəkkür bildirilib. Ş. Hüseynliyə layihənin daha da genişləndirilməsi və Avropa Şurası ilə birgə layihənin həyata keçirilməsi təklif edilib. Nəticədə, AMADA rəhbəri Avropa Şurası ilə birgə gender bərabərliyi layihəsinə başlayıb.

 

Qeyd edək ki, AMADA antidopinq sahəsində artıq ikinci irimiqyaslı layihəyə rəhbərlik edir. Birinci layihə idmançıların hüquqlarının qorunması ilə bağlı 50-dən çox ölkəni əhatə edən antidopinq icraatı zamanı idmançının ədəlatli dinləməyə çıxışı barədə araşıdırmalarla bağlıdır. Birinci layihənin icrası hazırda davam edir.

 

Şəfəq Hüseynli 2019-cu ilin oktyabrında CAHAMA-nın görüşündə Gender Bərabərliyi Məruzəçisi seçilib.

 
Dünyadakı qaçqınların 82 milyonu ÖTDÜ 18 İyun 2021, 09:48 8 Noyabr prospektində qəza - FOTO 18 İyun 2021, 09:42 Müğənni Nura Surinin oğlu qəzaya düşdü - VİDEO 18 İyun 2021, 09:36 Nazirlik göldə batan hərbçinin axtarışına BAŞLADI 18 İyun 2021, 09:30 “Kənddən Şəhərə” yarmarkaları təşkil olunur - ÜNVANLAR 18 İyun 2021, 09:25 Neft ucuzlaşdı 18 İyun 2021, 09:20 Bakı küçələrində oğurlanan milyonlar, qanunsuz sərnişindaşımaları, ölüm qəzaları - ARAŞDIRMA 18 İyun 2021, 09:15 Bərdədə kombayn YANDI 18 İyun 2021, 09:08 Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası 18 İyun 2021, 09:03 Manatın xarici valyutalara qarşı məzənnəsi 18 İyun 2021, 09:00 Türkiyə 84 miqrantı xilas etdi 18 İyun 2021, 08:51 Ermənistan ordusu Xankəndidən könüllü çıxmasa… 18 İyun 2021, 08:45 İranda prezident seçkiləri keçirilir 18 İyun 2021, 08:14 Niderland 1/8 finalda 18 İyun 2021, 00:58 İsrail qırıcıları Qəzzanı bombaladı 18 İyun 2021, 00:54 Azərbaycan və Gürcüstan XİN rəhbərləri Antalyada görüşəcək 18 İyun 2021, 00:48 Putin Dumaya seçkilər təyin etdi 18 İyun 2021, 00:34 Teledərslərin bu günə olan CƏDVƏLİ 18 İyun 2021, 00:20 Zaxarova Rusiya jurnalistlərinə münasibəti pislədi 18 İyun 2021, 00:06 Gülüstan sarayı yaxınlığında yanğın - FOTO 17 İyun 2021, 23:52 Moskvada sürətlə yayılan aqressiv koronavirus növü aşkarlandı 17 İyun 2021, 23:37 Türkiyədə daha 62 nəfər virusdan öldü 17 İyun 2021, 23:23 Paytaxtda ər arvadını bıçaqladı 17 İyun 2021, 23:14 BMT baş katibi Bayden-Putin görüşünü alqışladı 17 İyun 2021, 23:03 Bakıda qardaş bacısını bıçaqladı 17 İyun 2021, 22:48 81 yaşlı qadının pulunu oğurlayan şəxs saxlanıldı - FOTO 17 İyun 2021, 22:35 FHN ölkə ərazisindəki yanğınların səbəbini açıqladı 17 İyun 2021, 22:22 Mahir Emreli debüt matçında het-trik etdi 17 İyun 2021, 22:09 Belçika 1/8 finalda 17 İyun 2021, 21:54 Avropa çempionatları tarixində ikinci ən erkən qol vuruldu 17 İyun 2021, 21:36 UEFA-dan Ronaldonun hərəkətinə reaksiya 17 İyun 2021, 21:25 “BakuBus”un avtobusu qəza törədib? - Şirkətdən açıqlama 17 İyun 2021, 21:11 Ukrayna parlamentində dava düşdü 17 İyun 2021, 20:58 Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı - FOTO 17 İyun 2021, 20:40 İstanbulda gəmi qayıqla toqquşdu 17 İyun 2021, 20:23
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?