Arxiv
16 May 2021, 11:40 | AKTUAL
Cibgir bacılar iş başında yaxalandı - VİDEO

Bakıda polis ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat keçirib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtobuslarda, ticarət məkanlarında cibgirliklə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirilib. Əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakinləri Dilşad Ağammədova və bacısı Fəridə saxlanılıblar. Onların ətraflarında həyata keçirilən tədbirlərlə bu şəxslərin ayrı-ayrı vaxtlarda paytaxt ərazisində fəaliyyət göstərən müxtəlif marşrut xəttləri ilə hərəkət edən avtobuslarda, həmçinin ticarət obyektlərində 10-a yaxın şəxsin cibindən pul, mobil telefonlar və digər qiymətli əşyalar oğurladıqları məlum olub.

 

Qeyd edək ki, hər iki bacı ifadələrində cibgirlik edən zaman kameralardan yayınmaq üçün baş örtüyündən istifadə etdiklərini bildiriblər. Onların törətdikləri hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. D.Ağammədova və F.Ağammədova cibgirlik yolu əldə etdikləri pul kisələrindəki maddi vəsaitləri götürəndən sonra həmin əşyaları və içində olan sənədləri tulladıqlarını, mobil telefonları isə paytaxtın müxtəlif nöqtələrində yerləşən mağazalarda satdıqlarını qeyd ediblər.

 

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı avtobuslarda cibgirliklə məşğul olan daha bir nəfər saxlanılıb. Əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunan Sumqayıt şəhər sakini Yaşar Məmmədli tutulub. Əldə edilən kamera görüntülərindən və bu şəxsin ətrafında aparılan əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, o, hər gün Sumqayıtdan Bakıya gələrək paytaxt ərazisində avtobuslarda cibgirliklər edib.

 

Qeyd edək ki, saxlanılan zaman Yaşar Məmmədlinin üzərindən heroin və cibgirlik edən zaman əldə etdiyi bank kartlarından bəziləri aşkar olunaraq götürülüb.

 

Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, onların ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir. Dilşad Ağammədova, Fəridə Ağammədova və Yaşar Məmmədlinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə, Bakı Şəhər Baş Polis İdarəsi və Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat vermə bilərlər.

 

Bakıda cibgirlik edən bacıların görüntüləri yayıldı (FOTO/VİDEO) - Gallery Image Bakıda cibgirlik edən bacıların görüntüləri yayıldı (FOTO/VİDEO) - Gallery Image Bakıda cibgirlik edən bacıların görüntüləri yayıldı (FOTO/VİDEO) - Gallery Image Bakıda cibgirlik edən bacıların görüntüləri yayıldı (FOTO/VİDEO) - Gallery Image Bakıda cibgirlik edən bacıların görüntüləri yayıldı (FOTO/VİDEO) - Gallery Image Bakıda cibgirlik edən bacıların görüntüləri yayıldı (FOTO/VİDEO) - Gallery Image Bakıda cibgirlik edən bacıların görüntüləri yayıldı (FOTO/VİDEO) - Gallery Image Bakıda cibgirlik edən bacıların görüntüləri yayıldı (FOTO/VİDEO) - Gallery Image Bakıda cibgirlik edən bacıların görüntüləri yayıldı (FOTO/VİDEO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa çempionatında qolsuz matç 15 İyun 2021, 01:01 Corabları ilə NATO sammitinə damğasını vuran lider kimdir? - FOTO 15 İyun 2021, 00:56 Azərbaycan və Gürcüstan milliləri sülh bağladı 15 İyun 2021, 00:49 Qırmızı işıqda keçən maşın qəza törətdi - FOTO 15 İyun 2021, 00:37 Polşalı qapıçı tarixə düşdü 15 İyun 2021, 00:23 Ərdoğan Azərbaycana yola düşdü 15 İyun 2021, 00:08 Azərbaycanda Milli Qurtuluş Günüdür 15 İyun 2021, 00:01 “Türkiyə ilə ABŞ arasında həqiqi irəliləyiş əldə edəcəyik” - Bayden 14 İyun 2021, 23:53 Ərdoğan Baydeni Türkiyəyə dəvət etdi 14 İyun 2021, 23:37 Ruslar erməniləri Kəlbəcər və Xocavəndə APARDI 14 İyun 2021, 23:25 İngiltərədə koronavirusla bağlı məhdudiyyətlərin ləğvi təxirə salındı 14 İyun 2021, 23:14 Əli Əsədov iclas keçirdi - FOTO 14 İyun 2021, 23:03 Ağstafada "Son zəng" bıçaqlanma ilə başa çatdı 14 İyun 2021, 22:56 Ərdoğan Qarabağla bağlı NATO-dan dəstək istədi 14 İyun 2021, 22:49 Uels futbolçuları Bakıda gəzintiyə çıxdılar - FOTO 14 İyun 2021, 22:38 Polis əməkdaşını maşın vurdu 14 İyun 2021, 22:29 “Əlini daşın altına qoymaq vaxtıdır” - Ərdoğan Baydenlə görüşdən danışdı 14 İyun 2021, 22:18 Polşa Slovakiyaya məğlub oldu - AVRO-2020 14 İyun 2021, 22:05 Türkiyədə koronavirusa yoluxan və ölənlərin sayı artdı 14 İyun 2021, 21:58 “Ərdoğanla çox yaxşı bir görüşümüz oldu” - Bayden   14 İyun 2021, 21:44 Büdcə gəlirləri 9,735 milyard manatı ötüb 14 İyun 2021, 21:37 Ərdoğanla Baydenin görüşü başa çatdı - FOTO 14 İyun 2021, 21:28 NATO-dan Türkiyəyə minnətdarlıq 14 İyun 2021, 21:20 Rəşad Nəbiyevə yeni müavin təyin edildi 14 İyun 2021, 21:06 Braziliyada şəhid jurnalistlərlə bağlı bəyanat yayıldı - FOTO 14 İyun 2021, 20:55 Dövlət başçısı Daşaltıda tunelin təməlini qoydu - FOTO 14 İyun 2021, 20:45 Prezident Zəfər yolundakı körpü ilə tanış olub - FOTO 14 İyun 2021, 20:34 Prezident və xanımı “Füzuli” yarımstansiyasının açılışında - FOTO 14 İyun 2021, 20:15 "Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq" - İlham Əliyev 14 İyun 2021, 20:07 Prezident: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır 14 İyun 2021, 19:47 BTC ilə nəql olunan neftin həcmi AÇIQLANDI 14 İyun 2021, 19:38 Ceyhun Bayramov Britaniyanın Dövlət Naziri ilə telefonla danışıb 14 İyun 2021, 19:25 Ulu öndərlə unudulmaz üç görüş - FOTOLAR 14 İyun 2021, 19:19 Azərbaycanda peyvənd olunanların SAYI... 14 İyun 2021, 19:01 Daha 119 nəfər COVID-19-dan sağalıb, 25 nəfər yoluxub 14 İyun 2021, 18:54
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?