Modern.az

Artur Rasizadə xaricdən gətirilən buğda və unu ƏDV-dən azad etdi

Artur Rasizadə xaricdən gətirilən buğda və unu ƏDV-dən azad etdi

Aktual

25 Sentyabr 2012, 10:28

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" özünün 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarında dəyişiklik edilməsi barədə sənəd imzalayıb.
Modern.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, Baş nazir Artur Rasizadənin imzaladığı qərarda dəyişikliyin İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Maliyyə, Vergilər nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifi əsasında edildiyi bildirilib.

Dəyişikliyə görə, Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısına aşağıdakı məhsulların adı əlavə olunub.

  Qrup 10-dan 

 

  1001 

   Buğda və meslin 

  Qrup 11-dən 

 

  1101 00 

   Buğda unu və ya buğda-çovdar unu 

Bu qərar 24 sentyabr 2012-ci il tarixindən etibarən qüvvəyə minib və 1 il müddətində qüvvədə olacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü