Modern.az

Azərbaycanda daha 426 yoluxma - 13 nəfər öldü

Azərbaycanda daha 426 yoluxma - 13 nəfər öldü

Hadisə

17 May 2021, 16:30

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 330269 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 315415 nəfər müalicə olunaraq sağalıb, 4792nəfər vəfat edib, aktiv xəstə sayı 10062 nəfərdir.

 

Ölkədə son sutka ərzində 8877, hazırkı dövrədək isə 3392930 test aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü