Modern.az

“Ötən il kommersiya məhkəmələri 7 mindən çox işə baxıb” - Nazir

“Ötən il kommersiya məhkəmələri 7 mindən çox işə baxıb” - Nazir

Aktual

17 May 2021, 16:55

“Ötən il kommersiya məhkəmələri tərəfindən pandemiya məhdudiyyətləri nəzərə alınmaqla 7.200-ə yaxın işə baxılıb, iddiaların 94 faizi təmin olunub”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov “Milli Məclis” jurnalının 2021-ci il mart-aprel buraxılışında müsahibəsində bildirib.

 

F.Məmmədovun sözlərinə görə, kommersiya mübahisələri üzrə yekun qərarların 80 faizi ilə tərəflər razılaşıb:

 

“Başqa sözlə, həmin işlərdən apellyasiya şikayəti verilməyib. Xüsusilə vurğulamalıyam ki, kommersiya məhkəmələrinin yekun qərarlarının 96%-nin dəyişdirilməyərək sabit qalması sahibkarlıqla bağlı mübahisələrə ixtisaslaşdırılmış qaydada daha peşəkar və effektiv baxılmasının göstəricisidir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı