Modern.az

Bakıdan Qəbələyə ilk qatar yola düşdü

Bakıdan Qəbələyə ilk qatar yola düşdü

Aktual

18 May 2021, 10:24

Jurnalistlərin Qəbələyə mediaturu başlayıb. 

 

Modern.az xəbər verir ki, Ləki stansiyası–Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb.

 

Dəmir yolu xətti ox üzrə 42.3 km, yan yollarla birlikdə isə 44.5 km təşkil edir. Ləki stansiyası – Qəbələ birxətli dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90m) və tökmələrdən (12m)  keçir.   Ümumilikdə layihə üzrə 122 ədəd (o cümlədən 7 körpü, 1 yolötürücü, 6 avtomobil alt keçidi, 2 heyvan keçidi və 106 suötürücü boru) suni mühəndisi qurğunun, Ağdaş dəmiryolu dayanacağı, Qəbələ dəmiryolu stansiyası, Qəbələ dartı yarımstansiyasının tikintisi və Hacıalı yarımstansiyasının təmiri işləri aparılıb.

 

Bakıdan Qəbələyədək dəmir yolu xətti 311 km, qatarın yolda olma müddəti 3 saat 20 dəq. təşkil edir. Dəmir yolu xəttində İsveçrənin  “Stadler Rail Group” şirkətinin istesalı olan  dördvaqonlu ikimərtəbəli sürətli qatarından istifadə olunacaq. Qatar  standart, biznes və birinci klass vaqonlardan ibarətdir. Vaqonlardakı yerlərin ümumi sayı 363-dür, bunlardan 293-ü standart, 61-i bizness, 9-u isə birinci klass yerlərdir.

 

Yağış sularının kənarlaşdırılması və torpaq yatağının dayanıqlığını təmin etmək məqsədi ilə 16855 paqon metr beton qanov, 430 paqon metr drenaj xətti və  277 paqon metr olan istinad divarının tikintisi tamamlanıb.

 

Dəmir yoluna paralel olaraq layihə üzrə 10kV-luq sərbəst yan qidalandırıcı elektirik verilişi xətti və kontakt şəbəkə quraşdırılıb. Həmçinin rabitə və işarəvermə işləri istismara hazır vəziyyətə gətirilib.

 

Sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün dəmir yolunun təhkim zolağı boyunca 84600 paqon metr  metal hasarın quraşdırılıb. 

 

Dəmir yolu istismara hazır vəziyyətdədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi