Modern.az

Rusiyadan yeni Qarabağ AÇIQLAMASI

Rusiyadan yeni Qarabağ AÇIQLAMASI

Qarabağ

26 May 2021, 22:07

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin mayın 26-na olan fəaliyyəti ilə bağlı məlumatında deyilir.

 

"İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Gün ərzində Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında vəziyyət sabit qalıb" - açıqlamada bildirilib.

 

Məlumata görə, Rusiya sülhməramlı kontingentinin nümayəndələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin altı karvanını müşayiət ediblər:

 

"Dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən; Şuşa - Qırmızı Bazar - Qacar marşrutu boyunca bir karvan, digəri isə əks istiqamətdə".

  

Nazirlikdən bildirilib ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

 

Turan ASLAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü