Modern.az

Əməkdar artist Zöhrə Abdullayeva vəfat etdi

Əməkdar artist Zöhrə Abdullayeva vəfat etdi

28 May 2021, 12:04

Azərbaycanın Əməkdar artisti Zöhrə Abdullayeva vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə onun sənət yoldaşları bildiriblər.

Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub Azərbaycan Dövlət Texnologiya İnstitutunu bitirib. Sara Qədimova, Əbülfət Əliyev kimi ustad sənətkarlardan fərdi muğam dərsləri alıb. İlk müəllimi Rəhilə Həsənova olub.
Onu peşəkar səhnəyə mərhum Xalq artisti İslam Rzayev gətirib.

Əvvəl "Lalə qızlar anasmblının", sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib

Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınmışdı.

Daha sonra fərdi çıxış edən Zöhrə xanım xalq və bəstəkar mahnıları, muğamlar ifa edirdi.

Dünyanın bir çox yerlərində Azərbaycan musiqisin tərənnüm edib. 1985-ci ildə “İstedadlar axtarılır” konsert müsabiqəsinin laureatı olub – 1-ci yeri tutub.
2000-ci ildə Bağdadda “Babil festivalı”nın diplomuna layiq görülüb.

Zöhrə Abdullayeva 16 yaşında ailə həyatı qurmuşdu. Bir oğlu vardı, iki nəvəsi dünyaya gəlib.

Z.Abdullayevanın oğlu İsrafil Abdullayev 2018-ci il may ayının 24-də 47 yaşında vəfat edib. Mərhum İsrafil Abdullayev beyin xərçəngindən dünyasını dəyişib.  İsrafil Abdullayevin iki övladı – bir oğlu və bir qızı qalıb. O, Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi olub.

Bu hadisədən sonra Əməkdar artist Z.Abdullayeva özünə qapanmış və səhhətində problemlər yaranmışdı.

Zöhrə xanım bu yaxınlarda xəstəxanaya yerləşdirilmişdi. Sənətçi uzun müddət idi ki, revmatizm xəstəliyindən əziyyət çəkirdi.


Allah rəhmət eləsin...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər