Modern.az

“Müəllimlər İnstitutunun Zaqatalada yeni korpusu tikilir” - REKTOR

“Müəllimlər İnstitutunun Zaqatalada yeni korpusu tikilir” - REKTOR

29 Sentyabr 2012, 10:43

Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru, millət vəkili Aqiyə Naxçıvanlı AMİ-nin Zaqatala filialının yataqxanasının “Araz” kursları tərəfindən boşaldılmasını tələb etdikdən sonra, “Araz” kursları binanı boşaltdı. Hazırda həmin bina AMİ-nin ixtiyarındadır. Modern.az-a bu barədə danışan A.Naxçıvanlı bildirib ki, artıq bina onların sərəncamındadır.
“Müəllimlər İnstitunun Zaqatala filialının yataqxanası “Araz” kursları tərəfindən tam boşaldılıb. Mən özüm bu yaxınlardan orada oldum. Tələbələr həmin binada dərs keçirlər”.

A. Naxçıvanlının sözlərinə görə, universitetdə avadanlıqlar çatışmır: “Zəlzələ zamanı binadakı bütün avadanlıqlar dağılıb, sınıb. Amma tələbələrin yerləşməsi üçün stol stullar var”.
Rektor bildirib ki, bəzi tələbələrin ev tutmaq üçün imkanı olmadıqları üçün yataqxanada onlar üçün otaqlar hazırlanıb.
“Düzdür, onlar üçün elə də şərait yoxdur. Amma ki, mən tapşırmışam ki, otaqlar hazırlansınlar. Həm də Bakıdakı binamız təmir olunduğu üçün burada olan avadanlıqları, yəni stol stul, divan və s. yaxın vaxtlarda ora göndərəcəyik”.

Müəllimlər İnstitutunun rektoru qeyd edib ki, hazırda institutun Zaqatalada yeni tədris korpusu tikilir. Gələn ildən dərslər orada keçiriləcək. Yataqxanada isə tələbələr və müəllimlər qala biləcəklər.

Qeyd edək ki, may ayında Zaqatalada zəlzələ zamanı AMİ-nin filialı dağılıb və buna görə də universitetin rektoru “Araz” kurslarından universitetini yataqxanasını boşaltmağını tələb etmişdi.

S. İltifatqızı
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir