Arxiv
31 May 2021, 16:41 | DİASPOR
Dünya şəhərlərində 28 May tədbirləri...

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötdü.

 

1918-ci mayın 28-də Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Bu hakimiyyət 23 aylıq faliyyətdən sonra 1920-ci ilin aprelin 28-də 11-ci ordunun müdaxiləsi nəticəsində süqut edib.

 

Öncəki illərdən fərqli olaraq, bu il 28 Mayın özünəməxsusluğu var idi. Çünki 30 illik həsrətdən sonra müzəffər ordumuz 44 gün ərzində torpaqlarımızı düşmən tapdağından azad etdi. Artıq biz vətən həsrəti, torpaq nisgili çəkmədən bu günü qürurla qeyd edib, bütöv bir respublika olduğumuzu hər kəsə bəyan edirik.

 

Modern.az-ın məlumatına görə, xaricdə yaşayan həmvətənlərimiz, diaspor nümayəndələri builki 28 Mayı fərqli əhval-ruhiyyə ilə qeyd etdilər.

 

 

İngiltərənin paytaxtı London şəhərində 28 may - Respublika gününə həsr olunmuş məlumat xarakterli bilbordlar yerləşdirilib. Bu məlumat lövhələri Birləşmiş Krallıqda fəaliyyət göstərən "Natavan Qrup" və Britaniya Azərbaycanlıları Assosiasiyanın birgə təşkilatçılığı ilə təşkil olunub.

 

Lövhələrdə Bakı şəhərinin və üçrəngli bayrağımızın təsviri yerləşdirilib. Soydaşlarımız və diaspor fəalları Azərbaycan xalqını təbrik edərək, “Yaşasın, Azərbaycan!” şüarını səsləndiriblər.

 

 

Amerikanın Texas ştatının Hyuston şəhərində Respublika gününün 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu tədbir ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzinin (USACİ) təşəbbüsü və təşkilatçılığı ilə keçirilib. Tədbirdə şəhidlər 1 dəqiqəlik sükutla yad edilib. Tədbir Azərbaycan Dövlət himni ilə başlayıb. Daha sonra yerli hökumət təmsilçiləri və digər icmaların nümayəndələri xalqımızı Respublika günü münasibətilə təbrik ediblər. Tədbir Azərbaycan musiqisindən ibarət olan konsert proqramı ilə yekunlaşıb.

 

Paris şəhərində Respublika günü münasibəti ilə virtual konsert keçirilib. Konsert Fransa Azərbaycanlılarının Koordinasiya Şurasının,  Azərbaycanın Fransadakı səfirliyinin və UNESKO-dakı daimi nümayəndəliyimizn təşkilatçılığı ilə baş tutub. Azərbaycanın Dövlət himninin səsləndirilməsilə başlayan tədbirdə xalq və bəstəkar mahnıları ifa edilib.

 

 

Kanadada Azərbaycan dilinin tədrisi ilə məşğul olan həmyerlimiz Yeganə Cəfərovanın rəhbəri olduğu "Toronto Azərbaycan Dili Sinfi"nin şagirdləri 28 May - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildünümü münasibətilə xalqımıza öz təbriklərini çatdırıblar. Şagirdlər təbrik çıxışlarında bildiriblər ki, 28 May müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür və 1990-cı ildən bu şanlı tarix dövlət bayramı kimi qeyd edilir. Şagirdlər Azərbaycan aid şeir parçaları da səsləndiriblər.

 

Toronto şəhərində fəaliyyət göstərən "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü əsasında isə Azərbaycan Demokratik Respublikasının yaranmasının 103-cü ildünümünə həsr olunmuş ingilis dilində videomaterial hazırlanıb. Kanadada yayımlanan "EL TV" telekanalı tərəfindən lentə alınan videomaterialda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi barədə ətraflı məlumat verilib.

 

 

Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurasının baş qərargahı 28 may - Respublika günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

 

Qeyd edək ki, azərbaycanlılarla yanaşı, mərasimə Fransadan olan gənclər də qatılıb.

 

ABŞ-ın Solt Leyk şəhərində respublika gününə həsr edilmiş festival keçirilib. Bu festival Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, Yuta–Azərbaycan İcmasının nümayəndəsi Əsmər Qarayevanın təşkilatçılığı ilə həyata keçirilib. Festival şəhərin mərkəzi “The Gateway” meydanında təşkil olunub,  Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Festivalın təşkil olunduğu ərazi Azərbaycanın dövlət bayraqları ilə bəzədilib, ölkəmizin xəritəsini, qədim tarixini, zəngin mədəniyyətini əks etdirən fotosərgi nümayiş etdirilib. Tədbir zamanı Azərbaycan mətbəxinin nümunələri təqdim edilib, milli və klassik musiqimiz səsləndirilib.

 

İsveçin Stokholm şəhərində Azərbaycan icmasının təşkilatçılığı ilə tədbir keçirilib. Tədbir paytaxtın mərkəzindəki Radisson Blu Royal Viking Hoteldə pandemiya qaydalarına uyğun şəkildə həyata keçirilib. Soydaşlarımızın təşəbbüsü ilə tədbir keçirilən binanın üzərində üçrəngli Azərbaycan bayrağı qaldırılıb.

 

ABŞ-ın Roli şəhərində Respublika gününə həsr olunmuş məlumatlandırıcı aksiya keçirilib. Aksiya Şimali Karolina ştatında fəaliyyət göstərən "Azərbaycan Dostluq Təşkilatı"nın rəhbəri Adika İqbalın təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Aksiya zamanı led ekranlarda "28 May – Azərbaycanın Respublika günü" və "Şərqdə ilk demokratik respublika" sözlərinin yazıldığı yük maşınları hərəkət edib.

 

Şəhərin mərkəzi küçələrindən keçən maşının ekranında Heydər Əliyev Mərkəzinin Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə işıqlandırılması, Azərbaycanın işğaldan azad olunmuş Şuşa, Zəngilan, Cəbrayıl, Ağdam şəhərlərindəki tarixi memarlıq və dini abidələrinin, Xudafərin körpüsünün, hər guşəsində üçrəngli bayrağımızın dalğalandığı məmləkətimizin gözəl təbiətinin təsvirləri ardıcıl olaraq bir-birini əvəz edib. Qeyd edək ki, aksiya ABŞ-ın üç - Nyu York ştatının Manhettan şəhərində, Kaliforniya ştatının Los-Anceles şəhərində və Corciya ştatının Atlanta şəhərində keçirilib.

 

 

Gürcüstanın Qardabani şəhərində Qardabani Gənclər Mərkəzinin təşkilatçılığı ilə Gürcüstan və Azərbaycan Demokratik respublikalarının yaradılmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə çıxış edənlər Azərbaycan və Gürcüstan ictimaiyyətini təbrik ediblər, müstəqillik uğrunda mübarizə tarixindəki oxşar məqamlardan, xalqlarımız arasında sıx dostluq əlaqələrindən və bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən danışıblar.

 

 

Ukraynanın Kiyev şəhərində 28 May – Respublika Gününə həsr olunmuş "Dostluq Dialoqu: Ukrayna–Azərbaycan" adlı simfonik musiqi konserti keçirilib. Konsert Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşkilatçılığı ilə baş tutub. N.V.Lısenko adına Milli Filarmoniyada pandemiya qaydalarına uyğun şəkildə tədbir həyata keçirilib. Ukraynanın meri Azərbaycanloa dostluq münasibətlərini yüksək qiymətləndirdiyini bildirib.

 

Bütün Ukrayna xalqı adından azərbaycanlılara sülh və firavanlıq diləyib. Konsertdə çıxış edən "Kiyev kamerata" Milli ansamblı Azərbaycan Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib.  Azərbaycan müsiqiçisi Orxan Zeynalovun tarda "Qarabağ" əsərini orkestrin müşayiətilə ifa etməsi tamaşaçıların gur alqışlarına səbəb olub. 

 

 

Azərbaycan Respublikasının Niderlanddakı səfirliyi ilə Benilüks Azərbaycanlılar Konqresinin təşkil etdiyi möhtəşəm bir tədbir keçirilib. Həmin tədbirdə Niderlandda Azərbaycan səfirliyi və Diaspor Komitəsi tərəfindən çap olunmuş “Azərbaycan nağılları” kitabı Niderland dilində təqdim olunub. İlk nəşrdən 250-300-ə yaxın kitab çapdan çıxıb. Həmin kitab Niderlandda kitabxanalara, xəstəxanalara, məktəblərə hədiyyə olaraq paylanılacaq. Kitablar ayın 26-dan ödənişsiz olaraq insanlara paylanılır. Kitabın nəşr edilməsin də əsas məqsəd təbliğatdır. Yəni Azərbaycan nağılları holland dilində təbliğ olunur. Həmin tədbirdə Benilüks Azərbaycan Konqresinin nəzdində fəaliyyət göstərən “Fidanlar qrupu” da iştirak edib. Bu musiqili teatr qrupudur. Eyni zamanda, Noterdam şəhərində yerləşən həftəsonu məktəbinin şagirdləri və tələbələrinin də həmin konsertdə iştirakə təmin edilib. 

 

Nəzrin Vahid 

Beyrut hadisələri ilə əlaqədar 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 GDU-nun prorektoru dünyasını dəyişdi 16 Oktyabr 2021, 00:08 Türkiyədə 181 nəfər koronavirusdan öldü 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda toy edir - FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək istəyən azərbaycanlılar saxlanıldı   15 Oktyabr 2021, 22:40 Vətən müharibəsindən bəhs edən filmə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına qarşı ETİRAZ 15 Oktyabr 2021, 22:08 Türkiyə-Azərbaycan-Gürcüstan parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara cəhdin qarşısı alındı 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Bu ölkə vətəndaşlarının Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı bəyanat verildi 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər 2.2 dəfə ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00 Bu şəxslər daha 5 il vergi və gömrük rüsumu ödəməyəcək  15 Oktyabr 2021, 18:52 Qanunsuz ov edən şəxs cəzalandırıldı 15 Oktyabr 2021, 18:45 Hərbi sirr kimi gizlədilən telekanal REYTİNQLƏRİ 15 Oktyabr 2021, 18:38 LDU-da elmi-nəzəri konfrans keçirilib - FOTO 15 Oktyabr 2021, 18:30 Müdafiə Nazirliyi MAXE qəbulu elan etdi 15 Oktyabr 2021, 18:22 BMT Baş katibinin müavini Fuad Hüseynova təşəkkür etdi 15 Oktyabr 2021, 18:15 Rusiyadan gətirilən 67 ton kartof məhv edildi 15 Oktyabr 2021, 18:07 Telman İsmayılov Rusiyaya ekstradisiya olunacaq... 15 Oktyabr 2021, 18:01 Xarici valyutaların üç günlük MƏZƏNNƏSİ 15 Oktyabr 2021, 17:55