Modern.az

Vahid Əhmədov qubalıların problemlərini dinləyib - FOTOLAR

Vahid Əhmədov qubalıların problemlərini dinləyib -  FOTOLAR

Aktual

29 Sentyabr 2012, 11:42

Millət   vəkili   Vahid   Əhmədov  Quba   rayonunda   seçiciləri ilə görüşüb. Bu barədə Modern.az saytına deputatın köməkçisi Arif Orucov məlumat verib. Bildirilib ki,  Vahid Əhmədov 3 gün ərzində seçiciləri ilə görüşərək onların problemlərini dinləyib.

Millət vəkili Gənclər və İndman Nazirliyinin Qubada keçirdiyi konfransda çıxış edərək qubalı gənclərin qazandığı  uğurları   qeyd   etməklə   yanaşı, onları ən çox narahat edən problemlərdən də danışıb. Qeyd olunub ki, qubalı gənclər dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsində  həmişə  ön  sıralarda olublar.

Konfransa həmçinin təklif olunub ki,   rayonda  gənclər  arasında  işsizliyin  çox olması  faktı  nəzərə alınaraq Bakıda  fəaliyyət   göstərən   müəssisələrin filiallarının Qubada  məsələsinə baxılsın.

A.Orucov bildirib ki, deputat növbəti görüşünü Qubanın Dağlı və Qımıl kəndlərinin əhalisi ilə keçirib. Tədbirdə  çıxış edən Dağlı kənd sakinləri   ən böyük  problemlərinin kənddə içməli suyun  olmamasını qeyd   edərək deputatdan bu  məsələnin  həlli  üçün kömək   istəyiblər. Qımıl   kənd  seçiciləri də  deputata görüşə  gəldiyi  üçün  təşəkkür  edərək, onları  narahat  edən  bir sıra məsələləri qeyd ediblər.

Millət vəkili Vahid Əhmədov daha sonra Yaponiya  hökümətinin  ayırdığı vəsait hesabına  rayonun Qam-Qam kəndində İçməli  Su təhcizatının  Yaxşılaşdırılması Layihəsinin   imzalanma   mərasiminə qatılıb.

 

 

 

 

 

Modern.az          ­        

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok