Modern.az

Milli Məclisdə yeni komissiya yaradıldı

Milli Məclisdə yeni komissiya yaradıldı

Aktual

1 Oktyabr 2012, 12:27

 

Oktyabrın 1-də Milli Məclis 2012-ci il payız sessiyasının ilk plenar iclasına başlayıb.  Modern.az saytı xəbər verir ki, iclasda spiker Oqtay Əsədov ermənilərin azərbaycanlı zabit Ramil Səfərov barəsində beynəlxalq təşkilatlarda qaldırdıqları məsələdən danışıb. Spiker bildirib ki, hazırda Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası keçirilir və azərbaycanlı deputatların verdiyi xəbərə görə, ermənilər orada Ramil Səfərovun azadlığa buraxılmasıa etiraz olaraq məsələ qaldırma niyyətindədirlər.
R.Səfərovun beynəlxalq hüquq normalarına uyğun olaraq azadlığa buraxıldığını vurğulayan Milli Məclisin sədri deyib ki, ermənilər bu etirazlarla Dağlıq Qarabağ məsləsilə bağlı danışıqlarda status-kvonu saxlamaa çalışırlar.
Spiker Milli Məclisdə beynəlxalq təşkilatlara Ramil Səfərov və digər məsələlərlə bağlı müraciətlərin hazırlanması üçün yeni komissiyanın yaradıldığını qeyd edib. Komissiyaya Valeh Ələsgərov sədrlik edəcək. Quruma deputatlar Rafael Cəbrayılov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Mübariz Qurbanlı, Sədaqət Vəliyeva daxildir.

Modern.az 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır