Bu gün Kəlbəcərdə minaya düşərək həlak olan AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun xatirəsinə Mehdi Hüseyn küçəsi, 1 ünvanında anım guşəsi yaradılıb.

 

Modern.az xəbər verir ki, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin və müxtəlif KİV-lərin əməkdaşları anım güşəsinin qarşısına gəliblər.

 

Həmkarlarımızın xatirəsini ehtiramla anırıq!