Modern.az

Deputatdan toy qadağasına sərt REAKSİYA

Deputatdan toy qadağasına sərt REAKSİYA

Parlament

7 İyun 2021, 12:17

“Anlaşılandır. Ermənilər mina basdırıblar ki, hər hansı bir azərbaycanlı onun üzərinə çıxsın və partlayış nəticəsində ölsün. Güdülən nəticə budur: az da olsa dünyada azərbaycanlının sayı azalsın!

Anlaşılmazdır. Bizim məmləkətdə bir il üç aydır toylar qadağan edilib ki, azərbaycanlılar kütləvi şəkildə ailə qurmasınlar. Güdülən nəticə budur: dünyada daha çox azərbaycanlının sayı azalsın!”.

Modern.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa ölkədə toy mərasimlərinə qoyulan qadağaya etiraz olaraq səsləndirib.


Deputatın fikrincə, mənaca bir-birinə dəxli olmayan fərqli-fərqli sillogizmlərdən oxşar nəticələrin çıxmasına görəsən məntiqdə necə izah verirlər?

“Lütfi Zadənin itkisini indi hiss edirik e... Formal məntiqə uyğun gəlmirik, qeyri-səlis məntiqə də yaxın düşməyə səlisliyimiz imkan vermir. 2039-cu ildə o dövrə qədər pandemiyadan sağ çıxan qocaman müxalifətçilər döşəyəcəklər yazıq səfərbərlik üzrə Dövlət Xidməti rəisinin qabırğasına: belə xəyanət olar, orduya niyə yüz-yüz əlli adam çağırmısan? Duymadıq, oxumadıq deməyin”, -Fazil Mustafa deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...