Modern.az

“Növbəti hədəfimiz ən yaxşı 500 universitet sırasına daxil olmaqdır” - Rektor

“Növbəti hədəfimiz ən yaxşı 500 universitet sırasına daxil olmaqdır” - Rektor

10 İyun 2021, 18:12

QS Reytinq agentliyi 2022-ci il üçün “QS Dünya Universitetlərinin Reytinq” sıralamasını açıqlayıb. Builki reytinq sıralamasında 93 ölkədən 6415 ən yaxşı universitet iştirak edib.


Onlar arasında 1300 universitet yüksək nəticə əldə edərək, “QS Dünya Universitetlərinın Reytinq” sıralamasına daxil olub.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilk dəfə olaraq, bu il “QS Dünya Universitetləri Reytinqi”nə düşüb və 1001-1200-ci yerlərdə qərarlaşıb.


Modern.az
xəbər verir ki, bununla bağlı fikirlərini bölüşən UNEC-in rektoru Ədalət Muradov universitetin bu uğuruna görə, sevindiyini qeyd edib:


“Nəhayət ki, UNEC universitetlərin qlobal reytingində - QS-də yer tutdu! Bu mərhələdə hədəfimizə nail olduq! "UNEC 100" strategiyasına uyğun olaraq növbəti strateji hədəf UNEC-in 100 illiyində (2030-cu ildə) dünyanın ən yaxşı 500 universitetləri siyahısına daxil olmaqdır. Bu hədəfə də nail olacağımıza inanırıq!”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır