Modern.az

İsrailin yeni baş naziri and içdi

İsrailin yeni baş naziri and içdi

13 İyun 2021, 23:13

İsraildə "Yamina" partiyasının lideri Naftali Bennetin bu gün Knessetdə (ölkə parlamenti) 13-cü baş naziri olaraq andiçmə mərasimi keçirilib.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, daha əvvəl əvvəl Knesset 59 səs əleyhinə 60 səslə Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib və "Yesh Atid" partiyasından Miki Levini yeni spiker seçib.

 

Səkkiz partiyanın iştirakı ilə koalisiya əsasında qurulan 36-cı İsrail hökumətində Müdafiə Nazirliyinə "Kahol-Lavan"ın sədri Beni Qantz, Xarici İşlər Nazirliyinə ilk iki ildə Lapid, Daxili İşlər Nazirliyinə "Yamina" partiyasından Ayelet Şaked rəhbərlik edəcək. Kabinetdə üç rusdilli nazir olacaq: "Evimiz İsrail" partiyasının başçısı Aviqdor Liberman Maliyyə, "Yesh Atid"dən Konstantin Razvozov Turizm və "Yeni Ümid"dən Zeev Elkin Qüds İşləri Nazirliklərinə rəhbərlik edəcəklər.

 

Qeyd edək ki, bununla da İsraildə 12 il ərzində ilk dəfə Binyamin Netanyahunun “Likud” partiyasının iştirakı olmadan koalisyon hökumət formalaşdırılıb. Bu o deməkdir ki, Netanyahunun partiyası müxalifətdə olacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...