Modern.az

9 milyona yaxın vətəndaşın şəxsi məlumatları oğurlandı

9 milyona yaxın vətəndaşın şəxsi məlumatları oğurlandı

Dünya

Bu gün, 18:52

Danimarkada 8.8 milyon insanın şəxsi məlumatları oğurlanıb.

Modern.az xarici mediaya isitnadla bildirir ki, ölkənin Rəqəmsallaşma Agentliyi və milli kibertəhlükəsizlik qurumları genişmiqyaslı təhlükəsizlik insidenti ilə bağlı araşdırmaya başlayıb. Məlumat sızması yalnız hazırda yaşayan sakinlərə deyil, həmçinin əhalinin uçotu üzrə arxiv məlumat bazalarına da təsir edib.

Müvafiq tənzimləyici qurumların məlumatına görə, açıq şəkildə əldə edilə bilən məlumatlar arasında tam adlar, ev ünvanları, eləcə də Danimarkanın vergi, bank və səhiyyə sistemlərində istifadə olunan fərdi identifikasiya nömrələri (CPR) olub. İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislər zəifliyi lokallaşdırıb və qorunan server sistemlərinin auditini aparırlar.

Danimarka hüquq-mühafizə orqanları sakinləri fişinq mesajlarına və şübhəli maliyyə tələblərinə qarşı daha diqqətli olmağa çağırıblar. Krallıq hakimiyyəti dövlət məlumat bazalarının əlavə şifrələnməsi üzrə tədbirlər paketini hazırlayır.

Sizə yeni x var
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?