Modern.az

Vətən müharibəsi qazisi vəfat etdi

Vətən müharibəsi qazisi vəfat etdi

Aktual

16 İyun 2021, 15:06

Bir neçə gün əvvəl komaya düşən Vətən müharibəsi qazisi, Masallı rayonundan olan Zeynal Şahhüseynli bu gün vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Masallı Rayon İcra Hakimiyyəti məlumat yayıb.

 

Bildirilib ki, 1998-ci il təvəllüdlü Z. Şahhüseynli beynindəki qansızma səbəbindən vəfat edib.

 

Xatırladaq ki, Z. Şahhüseynlinin atası Füzuli Şahhüseynli saytımıza oğlunun müharibədə beyin damarından kontuziya aldığını, buna görə bir müddət Füzuli Hospitalında, daha sonra isə Müdafiə Nazirliyinin Hərbi Poliklinikasında müalicə aldığını bildirmişdi. Onun sözlərinə görə, tibb müəssisəsindən buraxıldıqdan sonra ev şəraitində müalicə alan oğlu iyunun 5-də Lənkərana gedərkən yolda səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında cihazlara bağlı vəziyyətdə olan döyüşçünün səhhətinin normallaşdırılması üçün müalicə aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır