Arxiv
18 İyun 2021, 14:36 | QARABAĞ
Kəlbəcər və Laçını minalayan Qumaşyan beynəlxalq axtarışa verildi

Bir sıra kütləvi informasiya vasitələri və sosial media səhifələrində Ermənistan silahlı qüvvələrinin polkovniki Koryun Qumaşyanın İrəvandakı “Noyan Tapan” agentliyinə və Ermənistan televiziyasına 2021-ci il iyunun 6-da müsahibə verərkən Kəlbəcər və Laçın rayonlarında təxminən 500-600 ha ərazini zəncirvari minaladıqlarını, bunun üçün 17 yük avtomobili həm tank, həm də piyada ələyhinə mina basdırdıqlarını etiraf etməsinə dair videogörüntülər yayılıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırma aparılıb:

““Tiqran Mets” hərbi təlim-tədris məktəbinin direktoru, Ermənistan silahlı qüvvələrinin ehtiyatda olan polkovniki Koryun Qumaşyanın şəxsiyyəti istintaqla araşdırılan digərləri ilə qabaqçadan əlbir olub cinayət əlaqəsinə girərək təxribat xarakterli fəaliyyəti yerinə yetirmək, Azərbaycan vətəndaşlarına qarşı qırğınlar törətmək, insanları qəsdən həyatdan məhrum etmək məqsədilə Azərbaycan Respublikasının Laçın və Kəlbəcər rayonları ərazilərində 17 yük avtomobili tank və piyada ələyhinə minaların basdırmalarına şübhələr müəyyən edilib.

Koryun Qumaşyanın minaların basdırılması ilə əlaqədar göstərdiyi məlumatların Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən təkzib edilməməsi və ya hər hansı rəsmi münasibət bildirilməməsi qeyd edilən faktların mövcud olmasına dəlalət edir.

Həmçinin, son zamanlar işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonları ərazilərində soydaşlarımızın tank və piyada ələyhinə minalara düşərək həlak olmaları və müxtəlif dərəcəli bədən xəsarətləri almaları bir daha göstərilən faktların həqiqətə uyğun olmasını təsdiq edir”.

Yuxarıda göstərilənlərlə əlaqədar Gəncə hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb:

 

“Qeyd edilən əməllərə görə Koryun Qumaşyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və o, beynəlxalq axtarışa elan edilib.

Sözügedən və bu kimi digər cinayət faktlarına görə təqsirkar şəxslərin beynəlxalq hüquq normalarına əsasən məsuliyyətə cəlb edilməsindən ötrü Baş Prokurorluq tərəfindən mümkün olan bütün tədbirlərin görülməsi davam etdirilir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Jirinovski özünə hörmət qoymur, klounluq edir” 4 Avqust 2021, 13:07 Arutunyan: “Rus qoşunları olmasaydı, vəziyyət tam başqa olacaqdı” 4 Avqust 2021, 12:57 Sabahın hava PROQNOZU 4 Avqust 2021, 12:53 Eldəniz Səlimovun mandat məsələsi necə olacaq?  4 Avqust 2021, 12:50 Qətlə yetirilən Sevinclə bağlı yeni faktlar: Əri ilə barışıbmış... 4 Avqust 2021, 12:45 Müdafiə Nazirliyindən kadr dəyişikliyi barədə iddialara CAVAB 4 Avqust 2021, 12:40 Sabah jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək 4 Avqust 2021, 12:36 Yeganə Əmiraslanovanın saxlanılması xəbərinə rəsmi REAKSİYA 4 Avqust 2021, 12:32 Lənkərandakı meşə yanğını söndürüldü 4 Avqust 2021, 12:26 Qaxda 21 yaşlı gənci ilan sancıb 4 Avqust 2021, 12:20 Şəhid polkovnikin xanımı: “İlk görüş yerimiz Şəhidlər Xiyabanı olub” - MÜSAHİBƏ 4 Avqust 2021, 12:14 Sərhədçilərimizi öldürən İran vətəndaşının məhkəməsi başlayır 4 Avqust 2021, 12:08 FHN-dən Lənkərandakı yanğınla bağlı AÇIQLAMA 4 Avqust 2021, 12:02 Paşinyan Rəisinin andiçməsinə qatılacaq 4 Avqust 2021, 11:56 Deputat: “Eldəniz Səlimovla danışmamışam” 4 Avqust 2021, 11:50 Paşinyanın istefasını tələb edən general İŞDƏN ÇIXARILDI 4 Avqust 2021, 11:44 Xaricdə təhsil almış daha 38 nəfərin diplomu tanınmadı 4 Avqust 2021, 11:38 Goranboyda yeni yaşayış binası tikilir - FOTOLAR 4 Avqust 2021, 11:32 Ağdaşda “patı” əməliyyatı - saxlanılan var 4 Avqust 2021, 11:26 Makron ermənilərə müraciət etdi: “Həmişə yanınızdayıq” 4 Avqust 2021, 11:20 Aqrar universiteti magistratura səviyyəsi üzrə qəbul planı açıqlandı 4 Avqust 2021, 11:15 Ermənistan parlamenti yeni vitse-spiker seçdi 4 Avqust 2021, 11:10 Avqustda hava necə olacaq? - Proqnoz 4 Avqust 2021, 11:04 Fəzail Ağamalı: “Eldəniz Səlimov islah olunmalıdır” - VİDEO 4 Avqust 2021, 10:58 Azərbaycan nefti ucuzlaşdı 4 Avqust 2021, 10:52 Lənkəranda "patı" satan qadın və 5 nəfər saxlanıldı 4 Avqust 2021, 10:46 Ermənilər Qarabağda yeni kənd salır – FOTO 4 Avqust 2021, 10:40 Saxta əlillik pensiyası düzəldən baş həkimə cinayət işi açıldı 4 Avqust 2021, 10:36 “Hadrut fatehi”nin qızı: “Sonuncu dəfə atamla loto oynamışdıq...”  - FOTOLAR 4 Avqust 2021, 10:30 Deputat qızına toy etdi - VİDEO 4 Avqust 2021, 10:26 Terrorizmi maliyyələşdirən qanunsuz biznesin qarşısı alınmalıdır 4 Avqust 2021, 10:22 “Türkiyə yanğınların vurduğu ziyanı aradan qaldırmaq gücündədir” 4 Avqust 2021, 10:16 Azərbaycan güləşçisinin ilk rəqibi dəqiqləşdi 4 Avqust 2021, 10:10 Göyçayda keçmiş məhkum heroinlə saxlanıldı 4 Avqust 2021, 10:04 Koronavirus heyvanlar arasında geniş yayılıb   4 Avqust 2021, 09:58