Arxiv
22 İyun 2021, 08:31 | ÖLKƏ
Azərbaycanda referendum rəsmi müzakirəyə çıxarıla bilər - EKSKLÜZİV

Yaxın gələcəkdə Milli Məclisdə referendumla bağlı məsələ qaldırılması gözlənilir.


Bu barədə Modern.az-a deputat Tahir Kərimli məlumat verib. O xatırladıb ki, parlament növbədənkənar sessiyada olduğu üçün deputatlar indi tətilə hazırlaşırlar:


“Ona görə də hələlik referendum məsələsi gündəmdə deyil. Amma hesab edirəm ki, Azərbaycanda referenduma yaxın gələcəkdə ehtiyac var. Hər şeydən əvvəl proporsional seçki sisteminin tətbiqi məsələsi önə çıxarıla bilər”.


Tahir Kərimli ölkədə islahatların davam etdirilməsinə ehtiyac olduğunu vurğulayıb:


“Biz vitse-prezidentlik təsisatını qəbul etmişik. Amma vitse-prezidentliyin institutu olmalıdır, strukturları olmalıdır. Bu halda paralel şəkildə baş nazirlik və Nazirlər Kabineti institutlarına ehtiyac qalmır. Artıq qonşularımız İran və Türkiyənin simasında bəzi dövlətlər bundan imtina ediblər. Azərbaycanda icra hakimiyyətinin rəhbərliyində Prezident və vitse-prezident varsa, Nazirlər Kabineti sadəcə ümumiləşdirmə və statistika ilə məşğul olur. Ona görə, yuxarıdan islahatlar həyata keçirilməli, belə paralel strukturlar aradan çıxarılmalıdır”.

 
Qeyd edək ki, Azərbaycan Respublikasında proporsional seçki sistemi (səslərin ayrı-ayrı şəxslərə deyil, partiyalara verilməsi parlamentə partiya siyahısı ilə seçilmə) 2002-ci ildə ölkə  Konstitusiyasına əlavə və dəyişikliklər edilməsinə dair referendumun keçirilməsi nəticəsində ləğv olunub. Ondan əvvəl - 1995 və 2000-ci illərin parlament seçkiləri majoritar və proporsional seçki sistemi əsasında keçirilib. 
2005-ci ildəki seçkilər isə yalnız majoritar qaydada keçirilib və bu sistem hazırda da qüvvədədir.


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müdafiə nazirinin evinə hücum: 6 nəfər yaralandı 4 Avqust 2021, 00:15 Fars körfəzində insident: tanker ələ keçirildi 3 Avqust 2021, 23:54 Rusiyalı sərhədçilər Zəngəzura yerləşdirilib 3 Avqust 2021, 23:40 “Neftçi” Avroliqada ilk matçını qazana bilmədi 3 Avqust 2021, 23:06 FHN-in qrupu Denizlidə yanğınları söndürür 3 Avqust 2021, 22:41 Nazirlik rəsmisi yanğınla bağlı çağırış etdi 3 Avqust 2021, 22:15 Pentaqonda atışma: 1 nəfər öldü 3 Avqust 2021, 22:03 Gəncədə avtomobil yolun kənarında dayanan piyadaları vurdu 3 Avqust 2021, 21:42 Diaspor nümayəndələri qaziləri ziyarət edib - FOTO 3 Avqust 2021, 21:25 Ən populyar smartfon istehsalçıları məlum oldu 3 Avqust 2021, 21:01 FHN-nin qüvvələri Türkiyədə yanğınlarla mübarizə aparır - FOTOLAR 3 Avqust 2021, 20:37 Peyvənd olunanların sayı açıqlandı 3 Avqust 2021, 20:28 Azərbaycanda sutkalıq yoluxma minə YAXINLAŞIR 3 Avqust 2021, 20:19 Daha 3 hərbçinin qalıqları Ermənistana TƏHVİL VERİLDİ 3 Avqust 2021, 20:15 İranın Ermənistandakı səfiri Kəlbəcərlə sərhədə gəldi 3 Avqust 2021, 19:57 Türkiyədə 8 yanğın ocağı qalıb 3 Avqust 2021, 19:36 32 naməlum şəhid məzarının açılmasına qərar verildi - RƏSMİ 3 Avqust 2021, 19:11 Eldəniz Səlimov həbs olundu - VİDEO (YENİLƏNİB) 3 Avqust 2021, 19:02 DİN-dən öldürülən qadınla bağlı iddialara cavab 3 Avqust 2021, 18:53 Lənkəranda yanğın - FHN helikopter göndərdi 3 Avqust 2021, 18:42 Dünya azərbaycanlılarının Türkiyəyə həmrəylik nümayişi   3 Avqust 2021, 18:28 Qoşunlarda yay tədris dövrü başladı 3 Avqust 2021, 18:26 FHN-dən hava ilə bağlı əhaliyə müraciət 3 Avqust 2021, 18:11 MAXE olmaq istəyənlər imtahan verir - VİDEO 3 Avqust 2021, 18:00 “Azərbaycan sağ olsun, helikopter göndərdi” - Çavuşoğlu 3 Avqust 2021, 17:56 MOİK təmsilçisi Olimpiya medalı qazandı 3 Avqust 2021, 17:52 Rusiya yeni hipersəsli raket hazırlayır 3 Avqust 2021, 17:46 Vilayət Eyvazov iki polis rəisini işdən çıxardı 3 Avqust 2021, 17:40 Müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir 3 Avqust 2021, 17:34 İşgəncələrə məruz qalan qadın qətlə yetirildi 3 Avqust 2021, 17:28 Yardımlıdakı yanğın hələ də davam edir - VİDEO 3 Avqust 2021, 17:22 Ərdoğan İlham Əliyevə təşəkkür etdi    3 Avqust 2021, 17:16 Manatın məzənnəsi sabit qaldı 3 Avqust 2021, 17:10 Mübariz İbrahimov küçəsi təmir olundu - FOTOLAR 3 Avqust 2021, 17:04 Azərbaycanlı idmançı Tokio-2020nin finalında 3 Avqust 2021, 16:58