Modern.az

Mədəniyyət Nazirliyində də İctimai Şuraya seçkilər keçiriləcək

Mədəniyyət Nazirliyində də İctimai Şuraya seçkilər keçiriləcək

Mədəni̇yyət

22 İyun 2021, 13:06

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyasının iclası keçirilib.

Nazirlikdən Modern.az-a bildirilib ki, Seçki Komissiyası tərəfindən müsabiqə zamanı təqdim olunan sənədlər qiymətləndirilib və siyahıda adları göstərilən namizədlərin müraciətləri müəyyən edilmiş qaydalara uyğun olaraq qeydə alınıb.

Nazirlik yanında İctimai Şuraya seçkilərin iyulun 13-də saat 11:00-dan 16:00-dək Beynəlxalq Muğam Mərkəzində keçirilməsi qərara alınıb. Mədəniyyət Nazirliyi yanında İctimai Şura üzvlərinin sayı 9 nəfər müəyyən edilib.

Qeyd edək ki, İctimai Şuraya səsvermə prosesində iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutları təmsilçilərinin qeydiyyatı seçki gününə on gün qalanadək (02.07.2021 saat 18:00-dək) davam edəcək.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya namizədlərlə bağlı sənəd qəbulu prosesinin birinci mərhələsi ötən il sentyabrın 21-dən oktyabrın 20-dək həyata keçirilib. Belə ki, Vətən müharibəsi müddətində yaranmış vəziyyətə görə şuraya üzv olmaq istəyən və məlum səbəblərdən namizədliyini təqdim edə bilməyənlər üçün də müvafiq şəraitin yaradılması zərurəti yaranıb. Bu məqsədlə nazirlik tərəfindən cari il aprel 22-dən mayın 26-dək yenidən sənəd qəbulu elan olunub.

Əvvəlki mərhələdə müsabiqəyə təqdim olunan və qeydiyyata alınan müraciətlər qüvvədə qalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!