Modern.az

Kinorejissor Çingiz Rəsulzadə vəfat edib

Kinorejissor Çingiz Rəsulzadə vəfat edib

22 İyun 2021, 14:48

Kinorejissor, ssenarist Çingiz Rəsulzadə dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə “ButaFilm”in icraçı direktoru Vidadi Rüstəmov sosial şəbəkədə bildirib.


Çingiz Rəsulzadə 1972-ci ildə Bakıda anadan olub. O, Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb.

Rusiya istehsalı olan “Həyat haqqında mimlər” (2002) qısametrajlı bədii filminin və “Jestlər.. Barışıq” (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, “Yuva” (2012)  qısametrajlı bədii filminin quruluşçu rəssamıdır.

2009-cu ildə quruluş verdiyi “Kuklalar” filmi bir neçə Beynəlxalq Film Festivallarının iştirakçısı olub.


Allah rəhmət eləsin...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır