Modern.az

Xalqa xidmət böyük şərəfdir

Xalqa xidmət böyük şərəfdir

Aktual

23 İyun 2021, 16:58

 

Dövlət qulluqçularının peşə bayramı möhtərəm  Prezident cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə təsis edilmiş və hər il 23 iyun dövlət qulluqçularının peşə bayramı yüksək səviyyədə qeyd olunmaqdadır. 

 

Dövlət qulluqçuları Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesində mühüm rol oynayır, dövlətimizin daxili və xarici siyasətinin uğurla həyata keçirilməsində yaxından iştirak edirlər.

 

Ümummilli lider Heydər Əliyevin başladığı dövlət qulluğu siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu siyasətin əsas qayəsini ölkəmizdə məsuliyyətli və demokratik idarəçiliyin yaradılması, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsi, vətəndaşların ehtiyaclarının daha dolğun təmin edilməsi, habelə dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması təşkil edir.

 

Dövlər başçısının söylədiyi “neft kapitalını insan kapitalına çevirmək” devizinə uyğun olaraq, aparılan siyasət bu gün dövlət qulluğunda da tətbiq edilir və bu siyasət öz effektini göstərir.

 

Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı  çərçivəsində xaricdə təhsil almış yüzlərlə gəncimiz dövlət qulluğuna müsabiqədənkənar qəbul edilir, onların bilik və bacarıqlarından dövlət qulluğunda istifadə edilir. Bu, bir daha neft kapitalının insan kapitalına çevrilməsi siyasətinin əyani göstəricisidir.

 

Cəmiyyətin yaxşı təhsil almış, yüksək vətəndaşlıq və dövlətçilik şüuruna malik zümrəsi olması dövlət quluqçularının üzərinə bilavasitə vəzifələrinin icrası ilə yanaşı, cəmiyyətdə inkişafın aparıcı qüvvəsi olmaq, vətəndaşları maarifləndirmək, onlara yüksək əxlaqı dəyərlər aşılamaq  kimi missiya da qoyur.

 

Hər bir dövlət qulluqçusunun uğuru ümumilikdə dövlətimizin uğurudur.  Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin dediyi kimi, "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir".

 

Ölkəmizdə dövlətə, vətənə xidmətdə hər bir dövlət qulluqçusuna ən ideal örnək məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir.

 

 Respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərində də dövlət qulluğu işinin təkmilləşdirilməsi, bu sahədə əsl peşəkar kadrların yetişdirilməsi və tərbiyə olunması istiqamətində çox mühüm işlər görülür. Belə ki, gənclərin dövlət qulluğuna cəlb edilməsi, bu sahədə onlara böyük etimad göstərilməsi öz səmərəsini verir.

 

Hər birimizin qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək, Azad Azərbaycanımızın tərəqqisi yolunda həyata keçirdikləri fəaliyyətdə uğurla inamla addımlamaq hər bir dövlət qulluqçusunun müqəddəs borcudur.

 

 

Səbuhi Qasımov

Naftalan şəhər ziyalısı

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir