Modern.az

Azərbaycanda TURKOVAC peyvəndinin sınağı keçiriləcək

Azərbaycanda TURKOVAC peyvəndinin sınağı keçiriləcək

23 İyun 2021, 21:48

Türkiyənin ilk yerli TURKOVAC peyvəndinin 3-cü faza fəaliyyətləri Macarıstan, Azərbaycan və Qırğızstanda da aparılacaq.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.


Nazir deyib ki, əlavə bir neçə ölkənin də bu siyahıya daxil edilməsi nəzərdə tutulub:

 

“Danışıqlar davam edir. Peyvənd 29 mərkəzdə 40 min 800 nəfərə tətbiq olunacaq”.

 

Qeyd edək ki, TURKOVAC peyvəndi birinci və ikinci faza çərçivəsində 294 könüllüyə tətbiq olunub.

 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...