Modern.az

Almaniyada "Delta" ştammına yoluxanların sayı iki dəfə artdı

Almaniyada 

Aktual

24 İyun 2021, 00:29

Almaniyada son bir həftə ərzində koronavirusun "Delta" adlandırılan ştammına yoluxanların sayı ən azı iki dəfə artıb.

 

Modern.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Robert Kox İnistitutundan məlumat verilib.

 

"Delta ştammına yoluxmalar (yeni infeksiyalar arasında - red.) artmağa davam edir, bir həftə ərzində təxminən iki dəfə artıb" - İnistitutdan bildirilib.

 

Məlumatda deyilir ki, iyunun 18-də "Delta" ştammının payına yoluxma hallarının 6 faizi düşürdüsə, indi bu rəqəm təxminən 15 faizə qədər artıb.

 

Qeyd edək ki, Almaniyada koronavirus pandemiyası zamanı 3,7 milyon yoluxma halı qeydə alınıb, koronavirusa yoluxanlardan 91 mindən çoxu ölüb, 3,6 milyonu sağalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir