Modern.az

Blinken: ABŞ İsrail və Fələstin arasında sülhdən danışdı

Blinken: ABŞ İsrail və Fələstin arasında sülhdən danışdı

27 İyun 2021, 15:08

ABŞ hazırda İsrail və Fələstin arasında sülh danışıqları prosesinin bərpasına cəhd göstərmir.

 

Modern.az-ın məlumatına görə, bunu BŞ dövlət katibi Entoni Blinken Fransanın “Le Journal du Dimanche” qəzetinə müsahibəsində bildirib.

 

İsrail xarici işlər naziri Yair Lapidlə görüşə hazırlaşan E. Blinken deyib ki, hazırda İsrail və Fələstin arasında sülh danışıqları prosesinin bərpası gündəmdə deyil. Dövlət katibi ABŞ, o cümlədən Fransa üçün Qəzza sektoruna humanitar yardım və bərpa məsələsinin, həmçinin Fələstin və İsrail arasında növbəti anoloji böhranın yaranmasına yol verilməməsinin prioritet olduğunu qeyd edib: “ABŞ Şərqi Qüdsdə Baş konsulluğunu mərhələli şəkildə açmaqla Fələstinlə əlaqələrini bərpa edib. Ancaq gözləmək və əmin olmaq lazımdır ki, iki dövlətin mövcudluğu prinsipi əsasında danışıqların yenidən başlaması üçün daha pozitiv şərait yaransın ”.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər