Modern.az

Köçəryan hakimiyyəti kütləvi seçki saxtakarlığında günahlandırdı

Köçəryan hakimiyyəti kütləvi seçki saxtakarlığında günahlandırdı

Dünya

2 İyul 2021, 17:20

Erməni polisləri kütləvi şəkildə səs vermək üçün Yerevandan digər seçki məntəqələrinə aparılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Bu iddia ilə çıxış edən Ermənistanın ikinci prezidenti Robert Köçəryan  səsvermənin nəticələrini ləğv etmək üçün Konstitusiya Məhkəməsində ərizə verib.

Qeyd edək ki, Ermənistanda iyunun 20-də erkən seçkilər keçirilib. Seçkilərə 25 siyasi qüvvə - 21 partiya və 4 blok qatılıb. MSK-nın açıqladığı son səsvermə nəticələrinə görə, Nikol Paşinyanın partiyası səslərin 53,91% -ni toplayaraq qalib gəlib. Köçəryanın olduğu “Hayastan” bloku isə % 21.09 səslə ikinci olub.

 

Aysel Məhərrəm

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub