Modern.az

Spiker olmaqdan imtina etdi

Spiker olmaqdan imtina etdi

Dünya

3 İyul 2026, 13:03

Ermənistanın ABŞ-dakı sabiq səfiri, Baş nazir Nikol Paşinyanın baş müşaviri Lilit Makunts parlamentin sədri vəzifəsinə mümkün təyinatdan imtina edib.

Modern.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Makuntsun bu qərarı hakim "Vətəndaş Müqaviləsi" Partiyasının üzvlərinin narazılığı ilə bağlıdır. Partiya daxilində hesab edilib ki, uzun illər parlamentdə çalışan deputatlar olduğu halda, əvvəllər ABŞ-da səfir kimi fəaliyyət göstərən Makuntsun spiker postuna gətirilməsi düzgün olmazdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi