Modern.az

Paşinyan Rusiyaya səfər edəcək

Paşinyan Rusiyaya səfər edəcək

Dünya

3 İyul 2026, 12:01

Ermənistanın Baş naziri Nikol Paşinyan “İnnoprom” beynəlxalq sənaye sərgisində iştirak etmək üçün Yekaterinburqa səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə Rusiya “Telegram” kanalları məlumat yayıb.

Ermənistan liderinin adı sərginin iştirakçıları siyahısında yer alıb.

Ermənistan Baş nazirinin iyulun 7-də Rusiya hökumətinin sədri Mixail Mişustinlə birlikdə Ural paytaxtına gedəcəyi və əsas strateji sessiyada çıxış edəcəyi gözlənilir.

“İnnoprom-2026” iyulun 6-dan 9-dək Yekaterinburqda keçiriləcək.

Sizə yeni x var
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia