Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının sədri Andranik Köçəryanın yeni parlamentdə bu vəzifəni davam etdirməyəcəyi iddia olunur.
Modern.az xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti hakim "Vətəndaş Müqaviləsi" Partiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşr qərarın səbəblərini dəqiqləşdirməsə də, bunun hakim siyasi komanda daxilində Andranik Köçəryandan narazılıqla bağlı ola biləcəyini yazır.
Məlumata görə, komissiya sədri vəzifəsinə əsas namizəd kimi partiya idarə heyətinin üzvü Armen Xaçatryanın adı çəkilir. Bildirilir ki, o, artıq hakim komanda daxilində dəstək qazanıb və bu posta ən real namizəd hesab olunur.