Arxiv
11 İyul 2021, 20:03 | PARLAMENT
Unudulan deputatlar - Oğul itkisi ilə barışa bilməyən ƏMƏKDAR JURNALİST

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.


Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Rizvan Cəbiyevdir.

Hazırda təqaüddə olan Rizvan Cəbiyev I (1995-2000) və II (2000-2005) çağırış Milli Məclisin üzvü olub. O, parlamentdə ilk 5 ildə bitərəf deputat kimi fəaliyyət göstərib, sonrakı 5 ildə isə hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edib.


Yeri gəlmişkən, Rizvan Cəbiyev 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfərdən biridir.

Rizvan İsrafil oğlu Cəbiyev 1940-ci il dekabrın 5-də Kürdəmir rayonunun Axtaçı kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsini bitirib.

Həm 1995-ci ildə, həm də 2000-ci ildə eyni dairədən – 72 saylı Kürdəmir seçki dairəsindən deputat seçilib.

I çağırış Milli Məclisin İqtisadi siyasət komissiyasının üzvü olub. II çağırışda isə parlamenin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasında fəaliyyət göstərib. İkinci beşillikdə o, həm də Azərbaycan-özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub.

Evlidir, 3 övlad atası olan sabiq deputat bir neçə il öncə oğlanlarından birini dəfn edib.

Azərbaycan Prezidentinin 8 noyabr 2017-ci il tarixli sərəncamı ilə ölkənin ictimai-siyasi həyatındakı xidmətlərinə görə Rizvan Cəbiyev “Tərəqqi” medalı ilə təltif edilib.


Rizvan Cəbiyev digər deputatlarla müqayəsədə jurnalistlərə bir köynək yaxın olub. Çünki onun özü də vaxtilə uzun müddət jurnalist işləyib və “Əməkdar jurnalist” fəxri adına da layiq görülüb.



Sovet dövründə “Abşeron və “Azərbaycan gəncləri” qəzetlərində, “Kirpi” jurnalında çalışıb. 1992-ci ildən 1995-ci ilə kimi – deputat seçilənədək müstəqil “Naxçıvan” qəzetinin baş redaktoru işləyib.

“Şumer kilidi: Hamının bildiyi, heç kəsin tanımadığı sivilizasiya” (2008), “Erkən türklər, yaxud Şumer kilidinə türk açarı” (2011) adlı irihəcmli kitabların müəllifidir.

Hazırda bütün jurnalistlər üçün istinad mənbəyi olan “Kütləvi İnformasiya Vasitələti haqqında” və “İnformasiya azadlığı haqqında” qanunların hazırlanması, araya-ərsəyə gəlməsi bilavasitə Rizvan Cəbiyevin adı ilə bağlıdır. O bu qanunların hazırlanıb qəbul olunmasında iştirak etmiş əsas deputatlardan biridir.

2005-ci ildə deputatlıq fəaliyyətini başa vuran Rizvan Cəbiyev sonralar İctimai Televiziyada həftədə bir dəfə media ilə bağlı veriliş hazırlayırdı. “Media haqqında hər şey” adlanan həmin veriliş yəqin ki, qələm əhlinin yadındadır.

Ömrünün ahıl çağlarını yaşayan Rizvan Cəbiyev bir neçə il öncə -2018-ci ilin avqustunda oğlunu – tanınmış reper Anar Nağılbazı erkən itirməklə həyatdan sağalmaz bir yara aldı. Məhz bu itkidən sonra sabiq deputatın səhhətində ciddi problemlər yarandı və hazırda da o, bir sıra xəstəliklərdən əziyyət çəkir.

Qeyd edək ki, aktyor, rejissor, ssenarist və prodüser Anar Nağılbaz Azərbaycanın ilk repçisi olaraq tanınmışdı. O, 44 yaşında qaraciyər xəstəliyindən dünyasını dəyişdi.

"Bəlkə də çox yaşayardım, Anarın ölümü ömrümü aldı" deyən R.Cəbiyev oğul itkisilə heç cür barışa bilmir.

“Anarın evdə yeri həmişə görünür. O mənada bizim üçün çox ağırdır. Evin hər küncündə nəfəsi var. Elə  bil aramızdan ayrılmayıb. Ağırlığı, çətinliyi odur ki, düşünürük bu dəqiqə qapını açacaq, içəri girəcək. Bu da ciddi psixoloji təsir yaradır. Bəlkə də çox yaşayardım. Anarın ölümü ömrümü aldı, yedi. Çətin dəqiqələr yaşatdı. Çox ağır itkidir. Allah heç kimin başına gətirməsin. Buna baxmayaraq yaşamaq lazımdır, yaşayırıq”.


İndi sabiq deputat oğlunun təsəllisini onun iki övladından – nəvələrindən alır: “Anarın iyini onlardan alırıq”.

Anar Nağılbazın ölümündən sonra əli-ayağı hər şeydən soyuyan Əməkdar jurnalist deyir ki, indi əlinə qələm də ala bilmir:

“Yazmağı da tərgitdim. Masanın arxasına keçib, bir sətir yaza bilmirəm. Jurnalist üçün bundan ağır dərd olmaz. Deməyə sözüm də, fikirlərim də çoxdur. Hətta hazır olan materiallarım var. Onların üzərində işləyib paylaşmaq olar. Bir müddət əvvəl "Eşqə açılan qapılar" adlı kitabım çap olundu. Amma çox yox, cəmi 200 nüsxə  nəşr olundu. Onu da dost tanışa bağışladım. Çoxsu da qalıb evdə, hamıya paylaya bilməmişəm”.


“Heç vaxt siyasətçi olmaq istəməmişəm, çünki siyasət meydanı yaradıcı adamın yeri deyil” deyən Rizvan Cəbiyev Modern.az-a verdiyi müsahibələrinin birində deputat olduğu illəri qısaca olaraq belə xatırladıb:

“Kənardan hər şey çox sadə görünə bilər, əslində deputatlıq fəaliyyəti çox çətin və mürəkkəb bir sahədir. Gərək hüquqi biliyini artırasan, dünya ölkələrinin qanunvericilik təcrübələrini öyrənəsən, yeni qanun layihələrinin hazırlanmasında və müzakirəsində fəal iştirak edəsən, rayonda kəndbəkənd gəzib seçicilərlə görüşəsən. Onların istəklərini və çətinliklərini öyrənəsən, problemlərini müvafiq icra strukturlarına və Milli Məclisin tribunasına daşıyasan, bu problemlərin həlli üçün tez-tez məmurların qapılarını çalasan. Bunlar həqiqətən əsəbi, ağır və bezdirici işlərdir. Vaxt çatmırdı, bəzən həftələrlə gecələri yatmırdım, Sloveniyanın, Türkiyənin, Almaniyanın, Fransanın, ABŞ-ın bizdə müzakirəsi keçiriləcək layihələrə uyğun gələn müvafiq qanunlarını əldə edib öz pulumla tərcümə etdirir və öyrənirdim. Bir dəfə hüquq siyasəti komissiyasının qanun layihəsinin müzakirəsi zamanı çox kəskin çıxış etdim, layihəyə çoxlu iradlar tutdum. Bu komissiyanın sədri Zakir Zeynalovun xoşuna gəlmədi, iradlarımı qətiyyətlə rədd edib əks arqumentlər gətirdi. Ertəsi gün tutduğum iradların doğruluğunu təsdiq edən 15-ə yaxın qanunu ona təqdim edəndə, Zakir müəllim əvvəlcə gözlərinə inanmadı, təqdim etdiyim qanunvericilik  təcrübələrini öyrənəndən sonra növbəti plenar iclasda tribunaya qalxıb məndən üzr istədi, iradlarımın isə doğru olduğunu etiraf etdi. Tam səmimi deyirəm, Milli Məclisdə hamı elə bilirdi ki, mən ixtisasca hüququşünasam. Halbuki, Milli Məclisə deputat seçilənə qədər qanun yaradıcılığı barədə ən azı təsəvvürüm belə yox idi.

Mən hər gün öyrənirdim, öyrənməkdən doymurdum. Öyrəndiklərim isə həmişə karıma gəlirdi. Xüsusilə Avropa ekspertləri ilə dialoqlarımız zamanı onların mənsub olduqları ölkələrin qanunvericiliyindən gətirdiyim örnəklər bu ekspertləri həmişə çaş-baş salırdı.

Seçicilərlə görüşmək üçün xüsusi bir sistem hazırlamışdım. Hər həftə plenar iclaslar olmayan günlərdə Kürdəmir rayonuna gedib, bir neçə kəndi gəzir, insanların arzu və tələblərini öyrənib qeydlər aparır, yerli icra strukturuna aid olan məsələləri icra başçısı ilə müzakirə edir, Bakıya aid olanları müvafiq nazirliklərə çatdırırdım”.


O, hazırda maddi imkansızlıqdan səhhətindəki problemləri aradan qaldırmaqda çətinlik çəkdiyini də bildirib:


“Gözümdən əməliyyat olunmuşam, amma yenə də yaxşı görə bilmirəm. Elə bilirəm ki, dünyanın gözəlliyini itimişəm. Kitab oxuya bilmirəm. Gözümü dünyaya açan gündən mütaliə ilə məşğul olmuşam. Kitab oxumaq mənə xüsusi zövq verib. İndi həmin zövqdən məhrum olmuşam…
…Əslində, əməliyyat olunası bir çox orqanlarım var. Amma maddi imkansızlıqdan bunu həyata keçirmək mümkün olmur. Bir aqildən soruşurlar ki, haran ağrıyır? Deyir ki, bəlkə belə sual verməyəsən?! İndi mənim də əməliyyat olunası o qədər orqanlarım var ki! Hansını deyim. Səhhətimi Allahın ümidinə buraxmışam”.

Qocaman jurnalist həmkarlarından da incikdir: “Jurnalist dostlarımın çoxundan incimişəm. Mətbuatda az-çox əməyim olub. İndiyə qədər bir jurnalist təşkilatının yadına düşməmişəm. Yenə də jurnalistlərə hörmətim var. Hətta, müxalifət cəbhəsində təmsil olunan jurnalistlərlə də yaxşı münasibətim olub. Mənə deyirdilər ki, nəyinə lazımdır, müxalifət jurnalistləri? Onlardan uzaq dur. Deyirdim ki, əksinə, bizim onlara ehtiyacımız var. Onları dinləmək lazımdır, nəyi necə edib-etməməli olduğumuzu bilək. İnsanlar bir-birini dinləyəndə dünya dağılmayacaq. İnsanlar yaxınlaşa, əqidələr birləşə, dostluq yarana bilər. İsti və dost münasibətlər olar. Mehribançılıq olan yerdə yaşamaq asan olur”.

Rizvan Cəbiyev hazırda Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür. YAP-ın 5 mart 2021-ci il tarixli qurultayında formalaşdırılan Veteranlar Şurasıa 35 nəfər üzv seçilib ki, onlardan da biri sabiq deputat R.Cəbiyevdir.

Qocaman jurnalist Şakir Yaqubov ağsaqqal Rizvan Cəbiyevlə bağlı xatirəsində onun haqqında belə qeyd edib: “Əməkdar jurnalist Rizvan Cəbiyev məşhur repçi Anar Nağılbazın atası olsa da, nə jurnalistlik, nə də deputatlıq fəaliyyətində zərrə qədər nağılbaz olmayıb...”

Ömür vəfa etsə, Rizvan Cəbiyev bu il noyabrın 5-də 81 yaşını qeyd edəcək.

Ə.Qafarlı

***

Həmçinin oxu:

Unudulan deputatlar - Erməni dilini bilən iqtisadçı...
Unudulan deputatlar - Kabinetində keçinən vitse-spiker - FOTO
Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı... 
Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: “Jak Şirak qudurub!”
Unudulan deputatlar: Həyat yoldaşı və qızı qətlə yetirilən akademik - FOTOLAR 
Unudulan deputatlar - Administrasiyada vəzifə verildi, iki dəfə həbs olundu, Prezident onu əfv etdi 
Unudulan deputatlar: “Çörək Tofiq” və Heydər Əliyevin məşhur müşavirəsində danlanan MƏMURLAR... 
Unudulan deputatlar - Akademikin təzyiqlərinə dözə bilməyən PROFESSOR

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Somalidə toqquşma - 30 ölü 25 Oktyabr 2021, 00:52 Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34