Arxiv
13 İyul 2021, 23:42 | QARABAĞ
Rusiya MN-dən Xocavənddəki partlayışla bağlı AÇIQLAMA

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasındakı Rusiya sülhməramlı kontingentinin iyulun 13-nə olan fəaliyyəti ilə bağlı məlumatında deyilir.

 

Bildirilib ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

"Atəşkəs bütün təmas xəttində müşahidə olunur.

12 iyul tarixində Martuni (Xocavənd - red.) bölgəsində ortaq axtarış qrupu tərəfindən həyata keçirilən müharibədə öldürülənlərin cəsədlərinin axtarışı zamanı, Ermənistan silahlı qüvvələrinin bir nümayəndəsi piyada əleyhinə minanın partlaması nəticəsində yaralanıb. Axtarış qrupuna daxil olan Rusiya sülhməramlı kontingentinin tibb işçiləri və Azərbaycanın Silahlı Qüvvələrinin birgə səyləri ilə ona ilkin tibbi yardım göstərilib və Martuni qəsəbəsindəki ən yaxın tibb müəssisəsinə təxliyyə olunub. Ermənistan silahlı qüvvələri nümayəndəsinin vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur" - açıqlamada qeyd edilib.

 

Məlumata görə, Rusiya sülhməramlı bölmələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin iki karvanını müşayiət edib:

 

"Madagiz (Suqovuşan - red.) - Getavan - Vəng marşrutu boyunca bir karvan və geriyə bir karvan müşayiət olunub"

 

Bildirilib ki, Rusiya sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini təmin edirlər:

 

"Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işləri davam etdirirlər. Gün ərzində Martuni rayonunda 3 hektar ərazi təmizləndi.

Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 2.182 hektar ərazi, 657.3 km yol, 1.892 bina partlamamış hərbi sursatlardan təmizlənib, 25 677 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib".

 

Sonda qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

 

Turan ASLAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Elnur Əşrəfoğlu “Qarabağ”ın oyunundan əvvəl anıldı 21 Oktyabr 2021, 19:50 Zəngəzur dəhlizi Zəngilanın əhəmiyyətini daha da artıracaq 21 Oktyabr 2021, 19:41 "Qarabağ" və "Kayrat"ın start heyətləri  21 Oktyabr 2021, 19:26 Zaxarova “3+3”dən danışdı: “Tezliklə tətbiqinin tərəfdarıyıq” 21 Oktyabr 2021, 19:20 Əli İnsanovun da partiyası qeydiyyata alındı 21 Oktyabr 2021, 19:15 Kikboksçumuz 26-cı dəfə dünya çempionu oldu 21 Oktyabr 2021, 19:06 Rusiya şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır - Mariya Zaxarova 21 Oktyabr 2021, 19:03 Futbolçulardan ibarət millimiz UDUZDU 21 Oktyabr 2021, 19:00 “Rusiya atəşkəsin pozulmaması üçün hər şeyi edir” - Zaxarova 21 Oktyabr 2021, 18:55 Malik Həsənov şəhidlərin anım mərasimlərində - FOTO 21 Oktyabr 2021, 18:50 Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib 21 Oktyabr 2021, 18:45 Nazir şəhid ailələri ilə görüşdü 21 Oktyabr 2021, 18:40 Şəhidin anım günüdür - FOTO 21 Oktyabr 2021, 18:35 İctimai Şuranın üzvləri Lənkəranda - FOTO 21 Oktyabr 2021, 18:30 “Sabah”ın baş məşqçisi istefa verdi 21 Oktyabr 2021, 18:25 Fuad Qəhrəmanlının qızına təcavüz edən şəxslə bağlı QƏRAR VERİLDİ 21 Oktyabr 2021, 18:20 Prezidentlə xanımı bu radioya qulaq asdılar - VİDEO 21 Oktyabr 2021, 18:13 Tanınmış ilahiyyatçı dövlətə xəyanətə görə HƏBS OLUNDU 21 Oktyabr 2021, 18:07 “Azərsu” yanında İctimai Şuranın iclası keçirilib 21 Oktyabr 2021, 18:02 Kamran Əliyevdən 3 rayona prokuror TƏYİNATI 21 Oktyabr 2021, 18:00 Qanunsuz ov edən ərəblər SAXLANILDI 21 Oktyabr 2021, 17:55 AzTV-dən deputata ironiyalı CAVAB 21 Oktyabr 2021, 17:50 Rəisidən MESAJ: “Qonşularımızla münasibətlər bizim üçün prioritetdi” 21 Oktyabr 2021, 17:44 Azərbaycanda daha bir partiya rəsmi qeydiyyata alındı 21 Oktyabr 2021, 17:40 Hamilə qadının ölümü ilə bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB 21 Oktyabr 2021, 17:39 Bakının mərkəzində narkomanlar yuvası - VİDEO 21 Oktyabr 2021, 17:36 Türkiyə şəhid verdi 21 Oktyabr 2021, 17:32 MOSSAD-ın Türkiyədəki şəbəkəsi İFŞA OLUNDU 21 Oktyabr 2021, 17:28 İtkin düşən hərbçilərimizin ADLARI 21 Oktyabr 2021, 17:24 Prokurorluq məktəblinin ölümünü ARAŞDIRIR 21 Oktyabr 2021, 17:22 Vətən müharibəsi şəhidlərinin yeni SİYAHISI 21 Oktyabr 2021, 17:16 Baş nazir: Saakaşvili azı 6 il həbsxanada qalacaq 21 Oktyabr 2021, 17:13 Neft Fondunun gəlirləri ARTIB 21 Oktyabr 2021, 17:08 XİN: Azərbaycan Ermənistana qarşı yeni şikayətlər irəli SÜRƏCƏK 21 Oktyabr 2021, 17:02 Haaqada “Vətənə dəstək” aksiyası keçirilib - FOTO 21 Oktyabr 2021, 16:56