Modern.az

MEDİA təşkilatı yeni ofisə köçdü

MEDİA təşkilatı yeni ofisə köçdü

15 İyul 2021, 11:30

Medianın İnkişafı Agentliyi (MEDİA) yeni ofisə köçüb. Bu barədə Modern.az-a agentlikdən məlumat verilib.

 

Bildirlib ki, 15 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektləri və jurnalistlərlə əlaqələrin daha səmərəli və asan qurulmasına, jurnalistlərin qəbulunun müasir standartlara uyğun həyata keçirilməsinə, işçilərin əmək şəraitinin daha da yaxşılaşdırılmasına şərait yaradılması məqsədilə Yasamal rayonu, Zahid Xəlilov küçəsi 36 ünvanında yerləşən yeni ofisə köçüb.

 

“Bununla əlaqədar olaraq hazırda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, icarə xidmətinin, mebel və digər təsərrüfat inventarlarının, telekommunikasiya və şəbəkə sisteminin qurulması üçün zəruri olan sistem və avadanlıqların satınalınması həyata keçirilməkdədir”.

 

Qeyd olunan tədbirlərin həyata keçirilməsi yekunlaşdırıldıqdan sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli  1249 nömrəli Fərmanı ilə yaradılmış MEDİA Agentliyi eyni məsuliyyət və peşəkarlıqla üzərinə düşən vəzifə və öhdəliklərinin icrasını yeni inzibati binasında davam etdirəcəkdir.

 

Fidan İlqar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir