Arxiv
15 İyul 2021, 14:32 | İQTİSADİYYAT
Prezident aqrar sahənin inkişafına dair Fərman verdi

Prezident İlham Əliyev aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında Fərman imzalayıb.

Modern.az xəbər verir ki, Fərmanda deyilir:

- Ötən dövrdə Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf edərək, qeyri-neft iqtisadiyyatının mühüm sahələrindən birinə çevrilmişdir. Aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş və emal sənayesinin güclənməsi üçün əlverişli imkanlar yaratmışdır.


Ölkədə aqrar emal sənayesinin dayanıqlı inkişafı qeyri-neft sektorunun ixrac potensialının möhkəmləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacibdir. Bunu nəzərə alaraq, kənd təsərrüfatının yüksəlişinə dəstək mexanizmi məqsədyönlü şəkildə davamlı olaraq təkmilləşdirilməlidir.


Rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının emalı sənayesinin genişləndirilməsi və istehsalın dəyər zəncirinin həlqələri üzrə artırılması məqsədilə istehsalçıların müvafiq resurslara, o cümlədən əlverişli maliyyə resurslarına asan çıxışının təmin edilməsi, bazar infrastrukturunun və aqrar biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin sürətləndirilməsi tələb olunur.


Fərmanla kənd təsərrüfatı sahəsində istehsalın və emalın davamlı artımının təmin edilməsi məqsədilə qərara alınır:


1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:


1.1. aşağıdakı sahələrdə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair layihələri hazırlayıb beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:


1.1.1. torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsi;


1.1.2. torpaqların idarə edil¬məsi, mühafizəsi, qanunsuz istifadəsinin qarşısının alınması, habelə münbitliyinin qorunması, bərpası və artırılması;


1.1.3. aqrar emal məhsulları istehsalçıları tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış, suvarma infrastrukturu və emal üçün müvəqqəti tikililərin inşası;


1.1.4. aqroparkların fəaliyyətinin tənzimlənməsi;


1.2. aşağıdakı məsələlərlə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:


1.2.1. kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli istifadəsi məqsədilə həmin torpaq sahələrinin icarəyə və istifadəyə verilməsi mexanizminin təkmilləşdirilməsi, torpaqların konsolidasiyası təcrübəsinin tətbiqi;


1.2.2. ixrac məqsədli aqrar istehsal mallarına gömrük və vergi güzəştlərinin tətbiqi;


1.2.3. aqrotexniki xidmət göstərilməsi və mülkiyyət hüququnun saxlanılması şərtilə kənd təsərrüfatı texnikasının lizinqə (icarəyə) verilməsinin əlavə dəyər vergisindən azad edilməsi, habelə yerli kənd təsərrüfatı məhsullarının topdansatışı zamanı tətbiq edilən əlavə dəyər vergisinin ticarət əlavəsinə görə hesablanması;


1.2.4. idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək məhsulların dairəsinin müəyyənləşdirilməsi, maya dəyərini təşkil edən xərclərin optimallaşdırılması və istehsal edilən yerli məhsulların qiymətinin azaldılması üçün aqrar emal müəssisələrinə vergi təşviqlərinin verilməsi;


1.2.5. aqrar istehsal sahəsində fəaliyyət göstərən müəssisələrin, habelə aqroparkların investisiya təşviqi mexanizmindən yararlanma imkanlarının genişləndirilməsi;


1.2.6. aqrar istehsal və emalla məşğul olan mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət dəstəyi verilməsi, o cümlədən kredit-zəmanət üzrə yeni maliyyələşdirmə alətlərinin tətbiqi;


1.3. kənd təsərrüfatı məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsinə dair tədbirlər görsün və nəticəsi barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;


1.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.


2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi beş ay müddətində:


2.1. torpaq islahatı zamanı vətəndaşlara verilmiş pay torpaqlarına dair hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;


2.2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə torpaq islahatı həyata keçirilməmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan müvəqqəti istifadə mexanizminin formalaşdırılması ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;


2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.


3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:


3.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə beş ay müddətində aqrar sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammala tələbatını, istehsalçıların istehsal etdiyi kənd təsərrüfatı məhsullarına dair məlumatları əks etdirən və elektron ticarət imkanlarına malik olan portalın yaradılması ilə bağlı “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;


3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Van Qoqun yeni aşkarlanan rəsm əsəri sərgiləndi 17 Sentyabr 2021, 00:50 “Qalatasaray” avtoqolla “Latsio”ya qalib gəldi 17 Sentyabr 2021, 00:45 Bu ölkədə peyvənddən imtina edən 3000 həkim işdən qovuldu 17 Sentyabr 2021, 00:38 Niderland XİN rəhbəri istefa verdi – SƏBƏB 17 Sentyabr 2021, 00:31 Rusiyada parlament seçkiləri başladı 17 Sentyabr 2021, 00:15 Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına köçürüldü 17 Sentyabr 2021, 00:10 İlisu qoruğunun ərazisi yanğından mühafizə olundu 17 Sentyabr 2021, 00:02 ABŞ Avstraliyadakı hərbi varlığını artırır 16 Sentyabr 2021, 23:52 Qurban Qurbanov pivə butulkasının götürülməsini istədi 16 Sentyabr 2021, 23:31 Mediasiya qanunvericiliyinin tətbiqi məqsədilə işçi qrup yaradıldı 16 Sentyabr 2021, 23:28 XİN: Ermənistanı məsuliyyətə cəlb edəcəyik 16 Sentyabr 2021, 23:26 Ermənilərin Oxçuçayı çirkləndirməsi Moldova mətbuatında 16 Sentyabr 2021, 23:14 Bakıda mənzildə qadın meyiti tapıldı 16 Sentyabr 2021, 23:10 Naxçıvandan Gəncəyə aviareys fəaliyyətə başladı 16 Sentyabr 2021, 22:51 “Qarabağ”-“Bazel” oyunu qolsuz keçdi 16 Sentyabr 2021, 22:45 Avropa Müdafiə İttifaqı yaradıla bilər 16 Sentyabr 2021, 22:36 Goranboyda ikimərtəbəli ev yandı 16 Sentyabr 2021, 22:23 “Gənclər siyasəti haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 22:13 Fondun xətti ilə 35 min 576 ipoteka krediti verilib 16 Sentyabr 2021, 22:03 “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 21:56 MEDİA rəhbərliyi Qazaxıstanda görüşlər keçirir 16 Sentyabr 2021, 21:51 İƏT nümayəndələri Şuşada monitorinq apardı 16 Sentyabr 2021, 21:43 "Doing Business" hesabatının verilməsi dayandırılır 16 Sentyabr 2021, 21:31 Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi 16 Sentyabr 2021, 21:20 Xarici şirkətlər üçün yeni tələblər 16 Sentyabr 2021, 21:10 Türkiyədə daha 262 nəfər virusdan öldü 16 Sentyabr 2021, 20:54 Türkiyə-İran sərhədi açıldı 16 Sentyabr 2021, 20:43 Kabilə bir neçə raket düşüb 16 Sentyabr 2021, 20:36 Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı 16 Sentyabr 2021, 20:29 Ötən ay dəmir yolu ilə 213 min sərnişin daşınıb 16 Sentyabr 2021, 20:17 Nigeriyada aviazərbələr endirildi: 9 ölü, 23 yaralı 16 Sentyabr 2021, 20:13 Türk Ağsaqqalları Birliyinin yaradılması xəbəri təkzib edildi 16 Sentyabr 2021, 19:59 Samuxda məişət evi yandı 16 Sentyabr 2021, 19:51 "Üç qardaş - 2021” təlimi davam edir - VİDEO 16 Sentyabr 2021, 19:38 Zaxarova İranın yük maşınlarının saxlanmasından DANIŞDI 16 Sentyabr 2021, 19:36
SORĞU Hansı vaksinə etibar edirsiniz?