Modern.az

Ermənilər Naxçıvanı yenidən atəşə tutdular - Düşmən susduruldu

Ermənilər Naxçıvanı yenidən atəşə tutdular - Düşmən susduruldu

16 İyul 2021, 13:42

İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun məlumatında bildirilib.

 

Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur.

 

Düşmən cavab atəşi ilə susdurulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı