Modern.az

İlham Əliyev başsağlığı verdi   

İlham Əliyev başsağlığı verdi   

17 İyul 2021, 17:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə başsağlığı məktubu ünvanlayıb:  

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Almaniyanın qərbində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

 

Ölkə başçısı, eyni zamanda  Belçikalıların Kralı Əlahəzrət Filipə də başsağlığı məktubu ünvanlayıb:  

 

"Əlahəzrət,

 

Ölkənizdə baş vermiş daşqınlar nəticəsində çox sayda insanın həlak olması və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı.

 

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm".

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub