Modern.az

Qazaxıstanda Baş Qərargah rəisi təyin edildi

Qazaxıstanda Baş Qərargah rəisi təyin edildi

Dünya

Bu gün, 10:42

Aytkurman Oмарбекov Qazaxıstan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilib. Modern.az xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.

Müvafiq sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

Aytkurman Oмарбекov bundan əvvəl tutduğu vəzifədən azad edilib.

O, 1977-ci ildə Abay vilayətində anadan olub.

Oмарбекov Rusiya Federasiyası Müdafiə Nazirliyinin Hərbi Universitetində “Mənəvi-psixoloji təminatın təşkili”, Avrasiya Humanitar İnstitutunda isə “Hüquqşünaslıq” ixtisasları üzrə təhsil alıb.

Ailəlidir, dörd övladı var.

1997-2014-cü illərdə Qazaxıstan Respublikasının Respublika Qvardiyasında xidmət edib.

2014-2022-ci illərdə Qazaxıstan Respublikasının Dövlət Mühafizə Xidmətində müxtəlif zabit və rəhbər vəzifələrdə çalışıb.

2022-ci ilin yanvarında prezidentin sərəncamı ilə Qazaxıstan Respublikası Dövlət Mühafizə Xidmətinin rəis müavini – Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinin icraçısı təyin edilib.

Həmin ilin fevralında isə Dövlət Mühafizə Xidmətinin rəis müavini – Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə təyin olunub.

Prezidentin 22 oktyabr 2022-ci il tarixli fərmanı ilə ona Qazaxıstan Respublikası Dövlət Mühafizə Xidmətinin general-mayoru xüsusi rütbəsi verilib.

Qeyd edək ki, Qazaxıstan Prezidenti oktyabrın 3-də Müdafiə Nazirliyinin üç rəhbərini vəzifəsindən azad edib.

Sizə yeni x var
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?