Modern.az

Estoniya hərbi bölmələrini Rusiya sərhədinə köçürür

Estoniya hərbi bölmələrini Rusiya sərhədinə köçürür

Dünya

Bu gün, 10:37

Estoniya “aktiv müdafiə” strategiyası çərçivəsində elit hərbi bölmələrini Rusiya sərhədinə yaxınlaşdırır.

Modern.az “Financial Times”a istinadən xəbər verir ki, polkovnik Tarmo Kundlanın rəhbərlik etdiyi Birinci Briqada sərhəddən təxminən 50 kilometr məsafədə yerləşən Yıhvi şəhərinə köçürüləcək.

Narvada isə minədək hərbçinin yerləşdirilməsi üçün baza tikilir.

Estoniya rəsmiləri Rusiyanın NATO-nun kollektiv müdafiə öhdəliyini sınamaq məqsədilə məhdud hücuma əl ata biləcəyindən narahatdırlar.

Ölkə həmçinin ABŞ istehsalı olan doqquz HIMARS raket sisteminin alınması üçün müqavilələr imzalayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?