Modern.az

Cinayətdə şübhəli bilinən 56 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 56 nəfər saxlanıldı

Ölkə

24 İyul 2021, 13:09

Daxili İşlər Nazirliyi iyulun 23-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 50 cinayətin üstünü “isti izlər”lə açıblar.

 

Əvvəlki dövrlərdən bağlı qalmış beş cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 44 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər