Modern.az

Bu ölkələrdə fövqəladə vəziyyət rejimi uzadıldı

Bu ölkələrdə fövqəladə vəziyyət rejimi uzadıldı

24 İyul 2021, 22:52

Misir və Tunisin dövlət başçıları Əbdülfəttah əl-Sisi və Kais Said bu ölkələrdə fövqəladə vəziyyət rejiminin uzadılması barədə qanunları imzalayıblar.

 

Modern.az xəbər verir ki, Misir Prezidenti parlamentin 2017-ci ildən davam edən fövqəladə vəziyyət rejiminin 14-cü dəfə, daha 3 ay müddətinə uzadılması barədə qərarını təsdiq edib. Rejim həmin il Tanta və İsgəndəriyyə şəhərlərində 45 xristianın ölümü ilə nəticələnən kütləvi terror aktlarından sonra tətbiq edilmişdi.

 

Tunisdə isə fövqəladə vəziyyət rejimi 6 ay müddətinə uzadılıb. Bu ölkədə 2015-ci ilin noyabrında Prezidentin mühafizə xidmətinin əməkdaşlarına qarşı silahlı hücumdan sonra sərt rejim tətbiq edilmişdi. İnsident nəticəsində 12 nəfər həlak olmuş, təhlükəsizlik xidmətinin 16 əməkdaşı isə yaralanmışdı.

 

Hazırda Misirin Sinay yarımadasının şimalında və Tunis paytaxtında terrorçu qruplaşmalara qarşı mütəmadi əməliyyatlar həyata keçirilir. Hakimiyyətlərin qənaətinə görə, fövqəladə vəziyyət rejimi onların maliyyə mənbələrini aşkar etməyə və ekstremist təbliğatı aparan media orqanları və sosial şəbəkələrin qarşısını almağa imkan yaradır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi