Modern.az

Mədəndə partlayış: Ölən və yaralılar var

Mədəndə partlayış: Ölən və yaralılar var

25 İyul 2021, 11:58

Tacikistanın Soqd vilayətində yerləşən kömür mədənində baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə İsfara şəhər rəhbərliyinin mətbuat xidmətindən bildirilib. 

 

“İsfara şəhərindəki “Şurob” kömür mədəninin içərisində metan sızıntısı səbəbindən baş vermiş partlayış bir şaxtaçının ölümü ilə nəticələnib, səkkiz nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib”, - deyə məlumatda qeyd olunub.

 

Həkimlər xəsarət alanların vəziyyətini stabil olaraq qiymətləndirir. Partlayışın nəticələrini aradan qaldırmaq üçün Fövqəladə Hallar Komitəsinin əməkdaşları, yanğınsöndürənlər və həkimlərdən ibarət xilasetmə qrupu səfərbər olunub. İsfara şəhərindəki “Şurob” mədəni Tacikistanın şimalındakı ən böyük kömür yataqlarından biridir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?