Modern.az

Əfqanıstanda toqquşmalarda ölənlərin sayı kəskin artıb

Əfqanıstanda toqquşmalarda ölənlərin sayı kəskin artıb

Aktual

27 İyul 2021, 01:25

Əfqanıstanda 2021-ci ilin birinci yarısında dinc əhali arasında itkilər rekord həddə çatıb.

 

Modern.az “Hürriyet”ə istinadla xəbər verir ki, bu barədə Əfqanıstandakı BMT Yardım Missiyasının (UNAMA) yayımladığı hesabatda qeyd olunub.

 

Xüsusilə beynəlxalq koalisiyanın ölkəni tərk etməsi və "Taliban"ın irəliləyişi fonunda may ayından bu yana baş vermiş toqquşmalarda ölən və yaralıların sayında kəskin artım qeydə alınıb.

 

Ümumilikdə 2021-ci ilin ilk yarısında ölkədə silahlı toqquşmalar nəticəsində ölənlərin sayı ötən ilin anoloji dövrü ilə müqayisədə 47 faiz artıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır