Modern.az

Vətən Müharibəsi iştirakçılarına BNA-da vəzifə verildi - VİDEO

Vətən Müharibəsi iştirakçılarına BNA-da vəzifə verildi - VİDEO

Aktual

27 İyul 2021, 10:48

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan "Məşğulluq marafonu"na Bakı Nəqliyyat Agentliyi (BNA) də qoşulub.

 

BNA-dan Modern.az-a verilən məlumata görə, Agentliyin mərkəzi aparatında və tabeliyindəki qurumlarda vətən müharibəsi iştirakçısı olan 7 nəfər daimi işlə təmin olunub.

 

Eyni zamanda məlumat üçün qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin 16 nəfər əməkdaşı da 44 günlük Vətən müharibəsində iştirak edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır