Modern.az

Satıcının yatdığını görüb kassadan oğurluq etdi - VİDEO

Satıcının yatdığını görüb kassadan oğurluq etdi - VİDEO

Aktual

27 İyul 2021, 11:16

Bakıda satıcının yatmasından istifadə edərək kassadan oğurluq edən şəxs saxlanılıb.

 

DİN Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən marketlərdən birindən oğurluq edilib. Naməlum şəxs marketə daxil olub satıcının yatmasından istifadə edərək kassada olan pulları oğurlayıb və daha sonra hadisə yerindən yayınıb. Oğurluq edən şəxsin mağazaya daxil olması və kassadan oğurluq etməsi obyektin təhlükəsizlik kameraları vasitə ilə də lentə alınıb.

 

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nadir Babayev saxlanılıb. O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində araşdırmalar davam etdirilir. 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır