Arxiv
11 Fevral 2010, 18:40 | QARABAĞ
“Qarabağ problemi” barədə daha bir kitab

Media Mərkəzində Azərbaycan və ingilis dillərində çap olunmuş “Qarabağ problemi” kitabının təqdimatı keçirilib.

Kitab QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəsətyilə Araz Tədqiqatlar Mərkəzinin (ATM) həyata keçirdiyi “Qarabağ problemi: tarixi, mahiyyəti, həlli prosesi” layihəsi çərçivəsində hazırlanıb. Kitabda Qarabağ ərazisinin coğrafiyası və tarixi, problemin yaranması, problemin həllinin beynəlxalq müstəviyə keçməsi, dövlətin ərazi bütovlüyü və xalqların müqəddəratını təyinetməsi prinsipləri, problemin Azərbaycanın maraqları çərçivəsində həlli məsələləri əksini tapıb. “Bu problem barədə çox yazılıb, bu kitabda da təkrarlar ola bilər, amma biz həm də yeni baxış ortaya qoyduq”, - deyə ATM sədri və kitabın müəllifi Araz Aslanlı kitab barədə fikrini bildirib.

Problemin həllində dövlətin ərazi bütövlüyü və xalqların müqəddəratını təyinetməsi prinsipləri üzərində xüsusi duran A.Aslanlı mövcud işğal durumuna “işğal faktı öz müqəddəratını təyinetmə hüququna əsas ola bilməz” kimi münasibət ifadə edib. Onun fikrinjə, önjə işğal faktı aradan qaldırılmalıdır, sonra isə xalqların müqəddəratı prinsipinə baxmaq olar.

Professor Cəmil Həsənli Qarabağ problemilə bağlı daha çox kitab yazılmasına ehtiyac olduğunu deyib. “Qarabağ problemilə bağlı belə kitabların yayılmasıdır ki, erməni tərəfi qarşılıqlı ittihamlara son qoyulması barədə danışır, Rusiya Azərbayjanda nəşr edilən kitablarda ermənilərə düşmənçilik olması barədə mövqe ifadə edir”, - deyə C.Həsənli bu tip kitabların yazılmasını təbliğ edib.

Bununla yanaşı, C.Həsənli problemə münasibətdə “Dağlıq Qarabağ problemi” yox, “Qarabağ problemi” ifadəsi işlətməyi tövsiyyə edib.

 Yeri gəlmişkən, C.Həsənli bu ilin mayında İranda “Azərbaycanda nəşr edilən kitablarda qonşu xalqlara münasibət” adlı konfrans keçiriləcəyini deyərək, bu tədbirdə Azərbaycanın hədəf  götürüləcəyini bildirib. Bununla yanaşı, C.Həsənli bu tipli kitabların nəşrinə maliyyə dəstəyi verən qurum və şəxslərə adlarının həmin kitablarda əksini tapmasına səy etməmələrinin istəyib. “Sifarişçisi olan kitablara beynəlxalq aləm etimadla yanaşmır, həmin kitabların etimadlılıq dərəjəsi aşağı düşür, buna görə də bu kitablar sponsoru olmadan gösrtərilməlidir”, - deyə C.Həsənli mövqeyini bildirib.

Son olaraq isə C.Həsənli bu kitabların rus, alman, ərəb və s. xarici dillərdə yayılmasının vacibliyini vurğulayıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - QƏRAR 4 Aprel 2020, 22:03 Əhali üçün güzəştli işıq limiti 100 kvts. həcmində ARTIRILACAQ 4 Aprel 2020, 21:56 Zəruri ərzaq və tibbi mallar idxal gömrük rüsumundan azad ediləcək 4 Aprel 2020, 21:48 Azərbaycanda sərnişindaşımaya 280 milyon manat ayrılacaq 4 Aprel 2020, 21:39 Azərbaycanda kapitalın və əmlakın amnistiyası nəzərdən keçiriləcək 4 Aprel 2020, 21:30 Sahibkarlara vergi stimulları və tətilləri veriləcək 4 Aprel 2020, 21:23 200 min isşizə birdəfəlik ödəniş veriləcək 4 Aprel 2020, 21:16 Azərbaycanda 50 min ictimai iş yeri yaradılır - 300 manat maaş veriləcək 4 Aprel 2020, 21:12 Azərbaycanda fərdi sahibkarlara veriləcək kompensasiyanın məbləği məlum oldu 4 Aprel 2020, 21:08 Azərbaycanda 300 min nəfərə 215 milyon kompensasiya veriləcək 4 Aprel 2020, 20:59 Əli Əsədov koronavirusa görə Tədbirlər Planını TƏSDİQLƏDİ 4 Aprel 2020, 20:46 Operativ Qərargahdan xaricdəki Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ 4 Aprel 2020, 20:40 Heydər Əliyev Mərkəzindən koronavirusun geniş yayıldığı ölkələrə növbəti dəstək - FOTO+VİDEO 4 Aprel 2020, 20:37 Azərbaycana giriş-çıxış dayandırıldı - Rəsmi 4 Aprel 2020, 20:29 Zərdabda karantin rejimini pozan şəxs həbs edildi 4 Aprel 2020, 20:24 Mədət Quliyev Prezidentə MÜRACİƏT ETDİ 4 Aprel 2020, 20:15 Naxçıvan Qarnizonu Qoşunlarında döyüş atışlı taktiki təlim keçirilib 4 Aprel 2020, 20:06 Cinema Radio fəaliyyətini “Fakt Cinema” rubrikası ilə davam etdirir 4 Aprel 2020, 20:00 İqtisadi dəstək və sosial müdafiə proqramlarının DETALLARI açıqlandı 4 Aprel 2020, 19:52 “Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır” - Ağalar Vəliyev 4 Aprel 2020, 19:38 AQTA qida sahəsində çalışan işçilərlə bağlı sahibkarlara müraciət etdi 4 Aprel 2020, 19:28 Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər danışdı - Video 4 Aprel 2020, 19:14 Qubada karantin rejimini pozan çayxana aşkarlandı - VİDEO 4 Aprel 2020, 19:02 DİM rezidenturaya qəbul olmaq istəyənlərə müraciət etdi 4 Aprel 2020, 18:54 İnsanlar artıq vəziyyətin ciddiliyini qəbul edirlər - Deputat 4 Aprel 2020, 18:46 "Gəlin, gözəlliyimiz üçün qurbanlar verməyək" - Fəxriyyə Xələfova xanımlara SƏSLƏNDİ 4 Aprel 2020, 18:35 KİVDF-nin yeni rəhbəri kimdir? - DOSYE 4 Aprel 2020, 18:10 TƏBİB koronavirusa görə könüllü səhiyyə işçisi AXTARIR 4 Aprel 2020, 18:08 Təhsil Nazirliyinin yeni "Qaynar xətt"i istifadəyə verildi 4 Aprel 2020, 18:00 OPEC+ nazirlərinin görüşü niyə TƏXİRƏ SALINDI? 4 Aprel 2020, 17:55 Çində 3 dəqiqəliyə həyat dayandı - VİDEO 4 Aprel 2020, 17:50 Əcnəbilərin hərəkətinə də məhdudiyyət qoyulacaq 4 Aprel 2020, 17:23 Prezidentdən MTRŞ-ə yeni üzv təyinatı 4 Aprel 2020, 17:08 “...gəlin, hərə əlinə bir dəsmal götürüb ağlasın” - Hamlet İsaxanlı ilə #evdəqal SÖHBƏTİ 4 Aprel 2020, 17:01 İlham Əliyev KİVDF-yə yeni icraçı direktor təyin etdi 4 Aprel 2020, 17:00