Arxiv
28 İyul 2021, 09:54 | AKTUAL
Rektor xaricdə təhsillərini davam etdirəcək məzunlarla görüşüb - FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Məktəbin xaricdə magistratura və doktorantura pilləsində təhsil alacaq 2021- ci il məzunları ilə görüşüb.

 

Bakı Ali Neft Məktəbindən Modern.az-a verilən məlumata görə, onları təbrik edən rektor hər biri ilə ayrı - ayrı maraqlanıb və tövsiyyələrini verib. Səmimi şəraitdə keçən görüşdə Elmar Qasımov vurğulayıb ki, məzunlar getdiyi ölkələrdə Azərbaycanı layiqincə təmsil etməlidirlər: “Hər biriniz həmin ölkələrdə Azərbaycanın intellektual əsgərləri olmalısınız. Sizin üzərinizdə şəhidlərimizin, Dövlətimizin, Xalqımızın haqqı var. Buna biganə yanaşmayın. Vətənimizi, Ali Məktəbimizi, ailənizi layiqincə təmsil etməlisiniz”.

 

Rektor məzunlara gedəcəyi ölkələrdə Azərbaycanın səfirlikləri, diplomatik nümayəndəlikləri ilə sıx əlaqədə olmağı tövsiyyə edib. Elmar Qasımov xüsusi vurğulayıb ki, eyni zamanda təhsil alacağınız universitetlərlə BANM arasında əlaqələrin qurulmasına səy göstərin: “Bir sözlə, Ali Məktəbinizi unutmayın. Dünya artıq Bakı Ali Neft Məktəbini tanıyır”.

 

Bu il BANM-in bakalavr və magistr məzunu olan 40 tələbə 16 xarici ölkənin universitetlərinə daxil olub. Həmin ölkələr arasında ABŞ, Almaniya, Kanada, Macarıstan, Norveç, Litva, Niderland, İtaliya, Estoniya, Belçika, Böyük Britaniya və Çexiya kimi ölkələrin məşhur ali təhsil müəssisələri var. Yeri gəlmişkən, builki məzunlardan 7 – si ABŞ – ın müxtəlif universitetlərində magistratura və doktoranturaya təqaüdlə, 6 – sı isə DAAD təqaüd proqramı ilə Almaniyanın müxtəlif ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.

 

Elmar Qasımov xaricdə təhsillərini davam etdirəcək məzunlarla görüşüb (FOTO) - Gallery Image Elmar Qasımov xaricdə təhsillərini davam etdirəcək məzunlarla görüşüb (FOTO) - Gallery Image Elmar Qasımov xaricdə təhsillərini davam etdirəcək məzunlarla görüşüb (FOTO) - Gallery Image Elmar Qasımov xaricdə təhsillərini davam etdirəcək məzunlarla görüşüb (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
 “Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” 24 Sentyabr 2021, 10:35 Ermənistan məğlubiyyətin günahkarlarını axtarır - Arayik və Cəlal Arutunyanlar həbs oluna bilər 24 Sentyabr 2021, 10:32 Karantin qaydalarını pozan toy təşkilatçısı cərimələndi 24 Sentyabr 2021, 10:30 Azərbaycan neftinin qiyməti 78 dolları ötdü 24 Sentyabr 2021, 10:26 Təhsil müəssisələrində Anım Günü qeyd olunacaq 24 Sentyabr 2021, 10:22 Salyanda narkotik alverçiləri ələ keçdi 24 Sentyabr 2021, 10:16 Rusiya və Fransa XİN başçıları Qarabağı müzakirə etdi 24 Sentyabr 2021, 10:10 Bu il minlərlə tələbənin təhsil xərcini dövlət ödəyəcək 24 Sentyabr 2021, 10:05 Sabiq daxili işlər naziri general rütbəsindən məhrum edildi 24 Sentyabr 2021, 10:00 Goranboyda ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib 24 Sentyabr 2021, 09:55 Qələbə tariximizin şəhidləri və şahidləri 24 Sentyabr 2021, 09:49 Türk Dünyasının alimləri UNEC-də 24 Sentyabr 2021, 09:45 Saxta COVID pasportu alanlar necə cəzalandırılmalıdır... 24 Sentyabr 2021, 09:40 İtkin düşənlərin axtarışına MN əməkdaşları da cəlb olundu 24 Sentyabr 2021, 09:34 Təhsil naziri bu rayonların sakinləri üçün videoqəbul keçirəcək 24 Sentyabr 2021, 09:28 Deputat seçiciləri ilə görüşüb - FOTOLAR 24 Sentyabr 2021, 09:22 Bakıda mağaza YANDI 24 Sentyabr 2021, 09:16 Azərbaycanlı rejissorun filmi daha bir beynəlxalq festivalda yarışır 24 Sentyabr 2021, 09:10 Bakıda yenə tıxac var - SİYAHI 24 Sentyabr 2021, 09:05 Milli Qəhrəmanımızın şəhadət günüdür 24 Sentyabr 2021, 09:00 Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 24 Sentyabr 2021, 08:55 Xarici valyutaların manata qarşı məzənnələri 24 Sentyabr 2021, 08:50 Elbrus dağında 5 alpinist həlak oldu   24 Sentyabr 2021, 08:40 Azərbaycanda ən çox sürülən avtomobil markaları: “Mercedes”, “Jiquli”… - Maraqlı SİYAHI 24 Sentyabr 2021, 08:35 Prezident: “İstənilən müsbət siqnala cavab verməyə hazır idik”   24 Sentyabr 2021, 08:33 Nyu-Yorkda məcburi köçkünlərin qayıtmasından danışıldı 24 Sentyabr 2021, 08:30 “Təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”   24 Sentyabr 2021, 08:27 “Ermənistan sərhədlərini qorumaq iqtidarında deyil” - Prezident 24 Sentyabr 2021, 08:24 İlham Əliyev BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etdi 24 Sentyabr 2021, 08:23 İlham Əliyev: “Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur”   24 Sentyabr 2021, 08:20 Prezidentdən beynəlxalq şirkətlərə çağırış 24 Sentyabr 2021, 08:18 Azərbaycan regionda daha bir ilkə imza atdı 24 Sentyabr 2021, 08:17 “Azərbaycanın doqquz şəhəri yer üzündən silinib” - Prezident 24 Sentyabr 2021, 08:12 Ceyhun Bayramov iranlı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi 24 Sentyabr 2021, 07:04 İlham Əliyev Bakı yaxınlığına atılan raketdən danışdı - BMT sessiyasındakı çıxışın TAM MƏTNİ 24 Sentyabr 2021, 06:37
SORĞU Hansı vaksinə etibar edirsiniz?