Arxiv
28 İyul 2021, 17:00 | AKTUAL
"Ermənilər 64 məscidimizi dağıdıb" - Şeyx 

İyulun 28-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru Ed Rou ilə görüşüb.

 

QMİ-dən Modern.az-a verilən məlumata görə, görüşdə Şeyxülislam həzrətləri bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq tarixən müxtəlif millətlərin və konfessiyaların qarşılıqlı anlaşma, sülh şəraitində yaşadığı bir dövlətdir. Multikulturalizm və tolerantlıq dini baxışlarından və milli kimliyindən asılı olmayaraq hər bir ölkə vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran QMİ sədri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

 

Son illər ölkəmizdə keçirilən Dünya Dini Liderlərin Sammitləri, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, bu toplantılarda dünyaya ötürülən mühüm mesajlar  barədə məlumat verən Şeyxülislam Allahşükür Paşazadə, mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli dialoqun qurulması məqsədi ilə irəli sürülən “Bakı prosesi”nin qlobal dünyada sivilizasiyalararası dialoqun möhkəmlənməsində mühüm rol oynadığın xüsusi vurğulayıb, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın belə geniş miqyaslı tədbirlərin keçirilməsinə göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirib.

 

Şeyxülislam həzrətləri bildirib ki, Azərbaycan öz tarixinin yeni bir mərhələsinə qalib bir ölkə kimi qədəm qoyub, 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında olan ərazilərimiz Müzəffər Ali Baş Komandanın əmri və Rəşadətli Ordumuzun gücü ilə azad edilib. Uzun illər erməni silahlı qüvvələrinin nəzarəti altında olduğu şəhər və kəndlərimizdə 64 məscidin, ziyarətgah və qəbiristanlıların vəhşicəsinə məhv edildiyini, o cümlədən, digər dinlərə məxsus məbədlərin dağıdıldığını, kilsələrin tarixinin saxtalaşdırılaraq erməni kilsəsinə aid abidə kimi dünyaya təqdim olunduğunu, basdırılan minaların partlaması nəticəsinə bu gün də çoxlu sayda mülki şəxslərin həlak olduğunu, təbiətə, ətraf mühitə ciddi ziyan vurulduğunu qeyd edən Allahşükür Paşazadə dünya ictimaiyyətini belə hallara qarşı birgə və daha səmərəli mübarizəyə səsləyib.

 

İşğaldan azad olunan Ağdam və Şuşa şəhərlərinə Azərbaycandakı müxtəlif konfessiyaların rəhbərləri ilə birgə səfəri barədə qonağa məlumat verən QMİ sədri bildirib ki, hər iki şəhərdə məscidlərdə, kilsə və məbədlərdə uzun illərdən sonra dini ayinlər icra olunub, regionda və dünyada sülhün, sabitliyin davamlı olması üçün birgə dualar edilib. Ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısı ilə azad olunan ərazilərdə böyük həcmli quruluculuq işlərinə başlandığını diqqətə çatdıran Allahşükür Paşazadə Azərbaycanın hər zaman sülhsevər dövlət olduğunu, dostluq və əməkdaşlığa xüsusi önəm verdiyini, lakin ərazi bütövlüyünə hər hansı bir təhdid yaranacağı təqdirdə öz hərbi qüdrətini göstərməyə, düşmənə “Dəmir yumruq”la cavab verməyə  hazır olduğunu bildirib.

 

QMİ-nin nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin fəaliyyət göstərdiyini və bu qurumun xətti ilə Almaniyada, Avstriyada, İspaniyada, Türkiyədə və digər ölkələrdə müxtəlif konfransların keçirildiyini diqqətə çatdıran Allahşükür Paşazadə ABŞ-dakı nüfuzlu yəhudi icmalarının da bu tədbirlərdə yaxından iştirak etdiyini, Stirlinq Fondu ilə də daha sıx əlaqələrin qurulmasında maraqlı olduğunu deyib.

 

Stirlinq Fondunun baş icraçı direktoru Ed Rou səmimi qarşılanmaya görə minnətdarlığını bildirib, təkcə Qafqaz regionunda deyil, dünyada sülhün qorunmasında Şeyxülislam həzrətlərinin mühüm xidmətlər göstərdiyini qeyd edib.

 

Ed Rou bildirib ki, Azərbaycan xalqının multikultural dəyərlərə sadiqliyi, ərazisi işğalda qalarkən keçirdiyi ağrılar ona yaxşı tanışdı. Amerikalı qonaq bildirib ki, o, 20 il əvvəl işi ilə bağlı bir müddət Bakıda, doğma yurd-yerindən qaçqın düşən ailələrlə qonşuluqda yaşayıb. Ötən bu illər ərzində ölkəmizin böyük inkişaf yolu keçdiyini deyən Ed Rou xalqımıza davamlı sülh və sabitlik arzulayıb.

 

2020-ci ilin martında Stirlinq Fondunun dəvəti ilə Azərbaycandakı dini konfessiyaların təmsilçilərindən ibarət nümayəndə heyətinin ABŞ-ın Yuta ştatına səfəri, rəsmilərlə, din xadimləri və vətəndaş cəmiyyətinin fəalları ilə keçirilən görüşlər barədə məlumat verib. Bildirib ki, bu ilin noyabrında Yuta ştatını təmsil edən din xadimlərinin, nüfuzlu alimlərin Azərbaycana səfəri planlaşdırılır. Dini mərkəz olaraq QMİ ilə əlaqələrin möhkəmlənməsində maraqlı olduğunu deyən fondun baş icraçı direktoru Şeyxülislam Allahşükür Paşazadəni ABŞ-a dəvət edib.

 

Görüşdə iştirak edən Azərbaycandakı Dağ Yəhudiləri dini icmasını sədri Melix Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Azərbaycandakı Avropa Yəhudiləri Dini icmasının rəhbəri Aleksandr Şarovski Rus Pravoslav Kilsəsinin protoiereyi Mefodi Əfəndiyev, Alban-udi dini icmasının rəhbəri Robert Mobili Azərbaycandakı tolerantlıq və multikultural mühitin dünya üçün bir nümunə olduğunu qeyd edib, ölkəmizdə yaşayan müxtəlif dinlərin ardıcıllarına yaradılan şəraitdən razılıqlarını bildiriblər.

 

Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan limanlarında aşırılan yüklərin həcmi 6 milyon tona çatıb  18 Sentyabr 2021, 17:36 İmişlidə qətl hadisəsi törədilib   18 Sentyabr 2021, 17:03 Rusiya kosmosda film çəkəcək  18 Sentyabr 2021, 16:42 “TurAz Şahini - 2021" təlimlərində iştirak edən hərbçilərimizin bir qrupu Vətənə qayıdıb 18 Sentyabr 2021, 16:20 Mehriban Əliyevadan Milli Musiqi günü ilə bağlı PAYLAŞIM 18 Sentyabr 2021, 16:03 “Milli Qəhrəman Polad Həşimov” kitabı İstanbuldakı kitabxanaya təqdim edilib 18 Sentyabr 2021, 16:01 Mədəniyyət xadimləri Cıdır düzündə olub 18 Sentyabr 2021, 16:00 Revaksinasiya koronavirusdan müdafiəni 20 dəfə artırır 18 Sentyabr 2021, 15:54 Faktaraşdırıcı missiya Qarabağla bağlı bəyanat qəbul etdi 18 Sentyabr 2021, 15:47 Son sutkada nə qədər peyvənd vurulub? 18 Sentyabr 2021, 15:40 Yoluxma artdı - 29 nəfər öldü 18 Sentyabr 2021, 15:32 Gorus-Qafan yolunda “bayraq təxribatı”: “Polisimizin atdığı addım düşmənə tam cavab idi” 18 Sentyabr 2021, 15:25 Qaxda ikimərtəbəli, Zaqatalada isə 6 otaqlı ev yandı 18 Sentyabr 2021, 15:18 “Şuşa yaşayış bir çox şəhərlərdən fərqli olacaq” - Xüsusi nümayəndə 18 Sentyabr 2021, 15:11 Minaatanların intensiv döyüş hazırlığı davam edir - VİDEO 18 Sentyabr 2021, 15:04 Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir - Akar 18 Sentyabr 2021, 14:57 Üzeyir Hacıbəyovun adı çəkiləndə Qarabağ yada düşür - Deputat 18 Sentyabr 2021, 14:50 “Azərmaş” yeni avtomobil və avtobusların istehsalına başladı 18 Sentyabr 2021, 14:44 Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Özbəkistana keçdi 18 Sentyabr 2021, 14:37 “Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov 18 Sentyabr 2021, 14:30 Messinin PSJ-dən qazanacağı gəlir açıqlandı 18 Sentyabr 2021, 14:23 İranda ötən sutkada 355 nəfər koronavirusdan ölüb 18 Sentyabr 2021, 14:16 Rusiyanın iki hərbi gəmisi Bakıya gəlib - FOTO 18 Sentyabr 2021, 14:10 Kursantlarla görüş keçirilib - FOTO 18 Sentyabr 2021, 14:03 Şuşada Musiqi Festivalının konserti keçirilir - FOTOLAR 18 Sentyabr 2021, 13:56 “Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov 18 Sentyabr 2021, 13:50 Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq - Nazir 18 Sentyabr 2021, 13:44 Heroin qəbul edib taksi sürdü - FOTO 18 Sentyabr 2021, 13:37 Narkotacir qardaşlar saxlanıldılar - FOTOLAR 18 Sentyabr 2021, 13:30 Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb 18 Sentyabr 2021, 13:23 Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir 18 Sentyabr 2021, 13:17 Nazirlik köməksiz qalan vətəndaşları xilas etdi - FOTOLAR 18 Sentyabr 2021, 13:10 Türkiyəli gənc Fransada amansızlıqla qətlə yetirilib 18 Sentyabr 2021, 13:02 Mədəniyyət xadimləri Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib 18 Sentyabr 2021, 12:56 İcra başçısı şəhid ailəsi ilə görüşüb - FOTO 18 Sentyabr 2021, 12:50
SORĞU Hansı vaksinə etibar edirsiniz?